Dövlət Xidmətilə İslam İnkişaf Bankı arasında Halala dair razılaşma
Dövlət Xidməti ilə İslam İnkişaf Bankı arasında görüş keçirilibİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib.
Tədbirdə Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Xidmətin struktur bölmə rəhbərləri, İqtisadiyyat nazirliyinin nümayəndələri və İslam İnkişaf Bankının Ölkə üzrə əməliyyat meneceri Fərid Xanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Görüş zamanı Azərbaycanda Halal sənayenin cari vəziyyəti və bu istiqamətdə gələcək planlara dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, İİB-in “Əks Əlaqə və Texniki Əməkdaşlıq Proqramı” vasitəsilə Azərbaycanda Halal ekosistemin inkişafına dəstək göstərilməsi istiqamətində potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Tədbirdə Azərbaycanda Halal sənayenin təkmilləşməsi üçün təhlillərin, texniki dəstəyin və bu sahənin inkişafı üçün yol xəritəsinin formalaşmasının vacibliyi vurğulanıb. Müzakirələr nəticəsində İslam İnkişaf Bankı ilə Dövlət Xidməti arasında Azərbaycanda Halal ekosisteminin inkişafı üçün əməkdaşlığa dair razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 18 d. əvvəl
- 25 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir

















