Dünyanın ən varlı 10 adamının sərvəti 2021-ci ildə nə qədər artıb?
Marja.az Bloomberg-in məlumatına istinadən xəbər verir ki, dünyanın ən varlı 10 adamı 2021-ci ildə sərvətlərini 402 milyard dollar artırıblar. Ötən il 10 ən zəngin insanın sərvətindəki dəyişiklik...

1. Elon Musk: 277 milyard dollar (+121 milyard dollar)
Teslanın rəhbəri Musk, oktyabrda ilk dəfə dəyəri 1 trilyon dolları keçən və il ərzində 60 faiz bahalaşan şirkətin səhmlərindən öz payını alaraq sərvətinə daha 121 milyard dollar əlavə edib. Milyarder sahibkar bu yaxınlarda 12 milyard dollar vergi ödəmək üçün milyonlarla Tesla səhmini satıb.

2. Jeff Bezos: 195 milyard dollar (+5 milyard dollar)
Muskdan əvvəl dünyanın ən varlı adamı olmuş Bezosun performansı Mask qədər möhtəşəm deyil. Yenə də Bezos 2021-ci ildə sərvətinə 5 milyard dollar əlavə edib. 57 yaşlı iş adamı iyul ayında Amazon-un baş direktoru vəzifəsini tərk edəcəyini və Bezos “Earth Fund”, “Blue Origin”, “Washington Post” və “Amazon Day 1 Fund “kimi startaplarına daha çox vaxt ayıracağını açıqlamışdı.

3. Bernard Arnault: 176 milyard dollar (+61 milyard dollar)
“Louis Vuitton”, “Christian Dior” və “Givenchy” kimi lüks brendlərə sahib olan LVMH-nin baş direktoru Bernard Arnault 2021-ci ildə sərvətinə 61 milyard dollar əlavə edib. 72 yaşlı iş adamı həm də Avropanın ən varlı adamıdır.

4. Bill Gates: 139 milyard dollar (+7 milyard dollar)
Uzun illər sərvətindən 10 milyard dollar bağışlamasına baxmayaraq, Gates-in sərvəti onun həmtəsisçisi və hələ də səhmlərin 1 faizinə sahib olduğu Microsoft-un güclü performansı sayəsində artmağa davam edib.
Gates Microsoft-dakı bütün vəzifələrini uzun müddət əvvəl tərk edib və vaxtının çoxunu qurduğu xeyriyyə cəmiyyətinin fəaliyyətinə sərf edir.

5. Larry Page: 130 milyard dollar (+47 milyard dollar)
Noyabr ayında iki trilyon dollarlıq dəyəri aşan və qurduğu Google şirkətinin də daxil olduğu Alphabet-in baş direktoru vəzifəsindən ayrılan Larry Page 2021-ci ildə şirkətinin güclü performansı sayəsində sərvətini 47 milyard dollar artırıb.

6. Mark Zuckerberg: 128 milyard dollar (+24 milyard dollar)
İlk 10-luqda 40 yaşdan kiçik tək ad olan 37 yaşlı Zukerbergin sərvəti ötən il cəmi 24 milyard dollar artıb. Zuckerberg bu il səhm dəyəri 20 faiz artmış Facebook və Instagram şirkətlərinin ana şirkəti olan Meta-nın 13 faizinə sahibdir.

7. Sergey Brin: 125 milyard dollar (+45 milyard dollar)
Google-un digər həmtəsisçisi Brin bu il sərvətini 45 milyard dollar artırıb. Beləliklə, Brinin adı ilk dəfə 100 milyard dollarlıq zənginlər kluba daxil olub. 48 yaşlı iş adamı Alphabet-də 38 milyon səhmə sahibdir və eyni zamanda şirkətin direktorlar şurasında işləyir.

8. Steve Ballmer: 122 milyard dollar (+41 milyard dollar)
Microsoft-un keçmiş baş direktoru və NBA-da mübarizə aparan Los Angeles Clippers komandasının sahibi Ballmer 2021-ci ili 41 milyard dollarlıq sərvət artımı ilə bağlayıb. Ballmerin sərvətinə ən çox töhfə verən aktivlər onun il ərzində 50 faiz bahalaşan Microsoft kimi texnologiya səhmləri olub.

9. Larry Ellison: 109 milyard dollar (+29 milyard dollar)
Oracle ötən ilin əvvəlində 20 il ərzində ikinci ən yaxşı performansını göstərib və mükafatdan şirkətin təsisçisi və idarə heyətinin sədri Larri Ellison da alıb. 77 yaşlı sahibkar sərvətinə 29 milyard dollar əlavə edib və bu il ilk dəfə 100 milyard dollarlıq kluba daxil olub.

10. Warren Buffet: 109 milyard dollar (+21 milyard dollar)
Berkshire Hathaway-in baş direktoru Buffet, görünür, sərvətinin çox hissəsini bağışlamaq kimi əvvəllər elan etdiyi məqsədinin yarısını yerinə yetirib, lakin investisiya şirkətinin performansına kömək etdiyini söyləmək olmaz. “Omaha kahini” kimi də tanınan investor 2021-ci ildə sərvətinə 21 milyard dollar əlavə edib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 15 d. əvvəl
- 16 d. əvvəl
- 35 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan sürücüsüz nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır - qanunlara dəyişiklik edilir
-
1 saat əvvəl
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
-
1 saat əvvəl
Mənzil sahibi olmaq arzusu rəqəmsal şansın ümidinə qalanda...
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Yayın ilk böyük endirimi!
Ermənistan və ABŞ “Tramp Marşrutu” sazişini imzalayıb
Əfsanəvi "Atletlər kəndi"ndə yeni dövr: "Olympic Residence" yaşayış kompleksi satışa çıxarılır!
“Ekolizinq”in xalis mənfəəti kəskin artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"MİDA" şirkətinin gəlir və xərcləri açıqlanmır - Mənzil İnşaatı Dövlət Agentliyinin isə əməliyyat zərəri kəskin artıb
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır












.jpg)


