Ötəni il “Azərbaycan İnvestisiya Şirkəti” baxdığı 62 investisiya layihəsindən 5-ni təsdiq edib
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 2021-ci il üzrə fəaliyyətinin yekunlarına dair məlumat yayımlanıb.
Məlumatda qeyd edilib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) 2021-ci ili uğurla yekunlaşdırıb.
İl ərzində şirkət tərəfindən əsaslı institusional yeniliklər həyata keçirilib. Buraya biznes proseslərinin təkmilləşdirilməsi vasitəsilə əməliyyat effektivliyinin artırılması, şirkətdə risklərin idarə olunması və komplayns nəzarətinin əsaslı təşkili, layihələrin qiymətləndirilməsi üzrə ikili nəzarətin tətbiqi, maliyyə və vergi uçotu hesabatlığının təkmilləşdirilməsi daxildir. Həmçinin, cari ildə şirkətin yeni investisiya strategiyası və risklərin idarə olunması siyasəti hazırlanıb, təşkilati struktur yenilənib.
2021-ci ildə AİŞ-in sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Eyni zamanda, sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər.
AİŞ tərəfindən cari il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür. Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 mln. manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlili və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir.
Məlumatda qeyd edilib ki, 2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatları ilə əməkdaşlığı da genişlənib. Belə ki, AİŞ yerli və xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub, yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin “JTA International”, İtaliyanın “Casillo Group”, Çexiyanın “CzechTrade” və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Bununla yanaşı, AİŞ tərəfindən xarici ölkələrin ticarət nümayəndəlikləri, eləcə də şirkətləri ilə görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
2021-ci il ərzində AİŞ-in payçı olduğu layihələr üzrə də əhəmiyyətli işlər görülüb. Belə ki, portfel şirkətlər üzrə 3 illik strateji inkişaf planı hazırlanıb, onların fəaliyyətinə yeni nəzarət mexanizmləri tətbiq edilib, habelə daha səmərəli əməliyyat modelinin qurulması və korporativ idarəetmə standartlarının tədbiq edilməsində sahibkarlara dəstək göstərilib.
AİŞ-in uğurlu fəaliyyəti nəticəsində şirkətin xərcləri optimallaşdırılıb, əsas investisiya alt-portfeli və likvidlik alt-portfeli üzrə gəlirlik göstəriciləri artıb.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC Azərbaycan Respublikası Prezidentinin "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. AİŞ-in əsas məqsədi öz vəsaiti hesabına və digər investorları cəlb etməklə Azərbaycanın kommersiya müəssisələrinə müddətli investisiya qoyuluşları etmək və qeyri-neft sektorunun inkişafına töhfə verməkdir. AİŞ-in Müşahidə Şurasının sədri iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovdur.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat sonra
-
-
14 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
14 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
15 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















