Azərbaycanda reytinqlərin ölçülməsi xidmətini göstərən şirkətə yeni icraçı direktor təyin olunub
"MARSA" MMC-yə yeni icraçı direktor təyin olunub.
Bu vəzifəyə İradə Sultanova gətirilib.
Bundan başqa, Süriyyə Əlizadə "MARSA" MMC-də Müştəri Xidmətləri Departamentinin rəhbəri, Tair Cəfərov Texniki direktor, Anar İbrahimov isə araşdırma üzrə baş menecer vəzifəsini icra edəcək.
Qeyd edək ki, İ.Sultanova media sahəsində 20 ildən artıq təcrübəyə malikdir. Son 11 ildə ölkənin aparıcı media agentliklərindən olan "UM Azərbaycan"ın icraçı direktoru vəzifəsində çalışıb. Agentliyin müştəri bazasının artırılması və inkişaf etdirilməsi, həmçinin onlara düzgün və keyfiyyətli xidmətin göstərilməsi onun əsas xidməti vəzifilərindən biri olub. O, ölkənin media bazarı haqqında geniş biliyə malikdir və həm media agentliyi, həm də reklamçılar tərəfindən yarana biləcək bütün sual və ehtiyacları qarşılaya biləcək.
Xatırladaq ki, "MARSA" MMC media sahəsində reytinqlərin ölçülməsi, məlumatların toplanması, araşdırılması üzrə dünya lideri olan Kantar şirkətinin rəsmi texnoloji tərəfdaşıdır. Kantar şirkətinin yeni nəsil texnologiyalarından istifadə edərək "MARSA" MMC ölkədə istehlakçıların baxış vərdişləri haqqında daha ətraflı məlumat təqdim edəcək və beynəlxalq standartlara tam uyğunluğu və şəffaflığı təmin edəcək.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 15 saat sonra
-
- 41 d. əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















