Azərbaycanda havanın sabitləşəcəyi vaxt açıqlanıb
Yarım sutka ərzində ölkəyə düşən yağıntının miqdarı yarım aylıq normaya uyğun olub. Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O qeyd edib ki, bu gün də yağıntılar davam edəcək və nəticədə daha yüksək qar örtüyü müşahidə ediləcək: “Proses qısa müddətlidir. Bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırılır”.
Rayonlara intensiv qar yağıb
Ölkə ərazisində faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 14-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, əksər rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 23 mm (aylıq normanın 51%-i), Qəbələ, Ağdərədə (Ordubad) 13 mm, Kişçayda (Şəki) 11 mm, Naxçıvan, Gədəbəy, Ordubadda 10 mm, Sədərək, Qobustan, Zaqatala, Şahbuzda 9 mm, Balakən, Qrızda 8 mm, Daşkəsəndə 7 mm, Oğuz, Şəki, Quba, Astara, Oğuz, Xaltanda 6 mm, Bərdə, Göyçay, Hacıqabul, Altıağacda 5 mm, Şərurda 4 mm, Kürdəmir, Cəfərxan, Qusar, Göygöldə 3 mm, Sabirabad, Salyan, Biləsuvar, Şabran, Gədəbəydə 2 mm, Naftalan, Şəmkir, Xaçmaz, Tərtər, Zərdab, Lerikdə 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 11 mm (aylıq nomanın 44 %-i), Bakıda 8 mm (aylıq nomanın 34 %-i), Maştağada 5 mm (aylıq nomanın 18 %-i), Pirallahı, Binədə 3 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 22 sm, Sarıbaşda (Qax) 21 sm, Ağdərədə (Ordubad) 20 sm, Gədəbəydə 19 sm, Qrızda 15 sm, Xaltanda 12 sm, Daşkəsən, Naxçıvanda 10 sm, Altıağacda 8 sm, Şahbuzda 7 sm, Göygöldə 6 sm, Qusarda 4 sm, Quba, Qobustan, Kişçayda (Şəki) 3 sm, Qəbələ, Kəlvəzdə 1 sm olub.
Şimal-qərb küləyi bölgələrdə 28 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s, Abşeron Dəniz rayonunda 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.2 metrə çatıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 21 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























