Hesab.az tətbiqində hər kəsə Hesab Koin hədiyyə!
(®) Ölkənin ilk onlayn xidmətlər platforması, Goldenpay/Hesab.az, mobil tətbiq istifadəçilərini sevindirmək məqsədilə yeni kampaniyaya start verib.
Kampaniyaya əsasən, 14-31 Yanvar tarixlərində Hesab.az mobil tətbiqində mobil balans artımı edən bütün istifadəçiləri hədiyyələr gözləyir.
Belə ki, Hesab.az-ın loyallıq proqramında Hesab Koin toplayan istifadəçilər mobil balans ödənişlərindən 4-QAT Koin, Bonus toplayan istifadəçilər isə həm Bonus, həm də 3-QAT Koin qazanacaq! Kampaniyada iştirak etmək üçün isə, tətbiq üzərindən “Mobil” bölməsində minimum 1 AZN məbləğində ödəniş etmək kifayətdir. Qeyd edək ki, kampaniyada iştirak sayı limitsizdir.
Xatırladaq ki, Hesab.az-ın təqdim etdiyi loyallıq proqramı - “Qazananlar Klubu” bütün istifadəçilərə ödəniş qarşılığında Hesab Koin və ya Bonus toplamaq fürsəti verir. Hesab Koinlər və Bonuslarla “Dərhal Dəyiş” bölməsində hədiyyələr və endirimlərdən yararlanmaq mümkündür. İstifadəçilər Hesab Koinləri, həmçinin, AZN-ə dəyişməklə ödənişlər zamanı da istifadə edə bilirlər. Həmçinin, istifadəçilərə bir loyallıq proqramından digərinə keçid imkanı da təqdim edilir. Bu zaman istifadəçilərin toplamış olduqları Hesab Koinlər və ya Bonuslar dəyişməz olaraq qalır və “Dərhal Dəyiş” bölməsində istifadə edilə bilir.
Hesab.az-ın mobil tətbiqini yükləmək üçün: https://bit.ly/3d5OH5l
Kampaniya haqqında daha ətraflı: https://hesab.az/#/triple
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti və kampaniya haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın rəsmi sosial media səhifələrindən əldə etmək olar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
15 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 18 saat əvvəl
-
18 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















