Dövlət bankı maliyyə göstəricilərini açıqladı
Dövlət bankı “Azər-Türk Bank” ASC2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Azər-Türk Bank” 2021-ci ili 546 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 423 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azər-Türk Bank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 29,1% və ya 123 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Azər-Türk Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 35 milyon 819 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 15,4 % (və ya 4 milyon 792 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 31 milyon 27 min manat təşkil etmişdi.
2021-ci ildə “Azər-Türk Bank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 35 milyon 676 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 18,2 % (və ya 5 milyon 482 min manat) çoxdur. 2020-ci ildə Bankın cəmi əməliyyat xərcləri 30 milyon 194 min manat təşkil etmişdi.
2020-ci ildə “Azər-Türk Bank”ın əməliyyat mənfəəti 833 min manat ikən, 2021-ci ildə 143 min manat təşkil edib. Həmçinin ötən il, mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 747 min manat mənfəətə əlavə edilib və mənfəət 890 min manata yüksəlib. Bank ötən il 344 min manat mənfəət vergisi ödədiyindən ili 546 min manat xalis mənfəət ilə başa vurub. "Azər-Türk Bank" 2020-ci ildə 833 min manat əməliyyat mənfəətindən 10 min manat ehtiyata ayırmış və 400 min manat mənfəət vergisi ödəmişdi.
AKTİVLƏRİ 400 MİLYON MANATI KEÇİB
“Azər-Türk Bank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 13,4% və ya 48 milyon 121 min manat artaraq 407 milyon 328 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 359 milyon 207 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR KƏSKİN ARTIB
“Azər-Türk Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 39,6 % və ya 66 milyon 231 min manat artaraq 233 milyon 592 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 167 milyon 359 min manata çatmışdı.
“Azər-Türk Bank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 15,3% və ya 27 milyon 546 min maanat artaraq 207 milyon 486 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 179 milyon 940 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2021-ci il tarixində “Azər-Türk Bank” 51 milyon 202 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 50 milyon 38 min manat cəmi kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
- 17 d. əvvəl
- 23 d. əvvəl
- 27 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb






.jpg)









.jpg)







