Bu bankın xərcləri gəlirlərindən çox olub - 1,6 MİLYON MANAT ZƏRƏR
“Yelo Bank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Yelo Bank” 2021-ci ili 11 milyon 733 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 39 milyon 748 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, “Yelo Bank” illik olaraq da zərərdən mənfəətə keçib. Xalis mənfəət mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş vəsaitin hesabınadır. Ötən il də “Yelo bank” əməliyyat mənfəəti təmin edə bilməyib.
TƏXMİNƏN XƏRCLƏRİ GƏLİRLƏRİ QƏDƏR ARTIB
2021-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 67 miylon 177 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 17,2 % (və ya 9 milyon 855 min manat) çoxdur. 2020-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 57 milyon 322 min manat təşkil etmişdi.
2021-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 68 milyon 770 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 15,1 % (və ya 9 milyon 2 min manat) çoxdur. 2020-ci ildə “Yelo Bank”ın cəmi əməliyyat xərcləri 59 milyon 768 min manat təşkil etmişdi.
1,6 MİLYON MANAT ƏMƏLİYYAT ZƏRƏRİ
Ötən il “Yelo Bank”ın cəmi əməliyyat xərcləri cəmi əməliyyat gəlirlərini üstələdiyindən Bank 1 milyon 593 min manat əməliyyat zərərilə üzləşib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 13 milyon 326 min manat azad olduğundan, həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 11 milyon 733 min manat xalis mənfəəti formalaşıb.
Xatırladaq ki, 2020-ci ildə “Yelo Bank” 2 milyon 446 min manat əməliyyat zərərilə bərabər ehtiyatlara 37 milyon 303 min manat ayırdığından həmən ili 39 milyon 748 min manat xalis zərər ilə bağlamışdı.
Qeyd edək ki, “Yelo Bank” filial şəbəkəsini genişləndirməkdə və infrastrukturunu gücləndirməkdə olduğundan xərcləri artır.
AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ ARTIB
“Yelo Bank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 36,5% və ya 142 milyon 798 min manat artaraq 533 milyon 722 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 390 milyon 924 min manat cəmi aktivlərə malik idi.
“Yelo Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 44,7 % və ya 137 milyon 699 min manat artaraq 446 milyon 38 min manat təşkil edib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 308 milyon 338 min manata çatmışdı.
“Yelo Bank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 50% və ya 117 milyon 480 min manat artaraq 352 milyon 639 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 235 milyon 159 min manat cəmi depozitlərə malik idi.
31 dekabr 2021-ci il tarixində “Yelo Bank”ın 62 milyon 390 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 53 milyon 805 min manat cəmi kapitala malik idi. Məcmu kapitalın artması xalis mənfəətin hesabınadır.
Qeyd edək ki, “Yelo Bank” ASC-nin səhmdarları "Topaz İnvetment Limited" MMC (96%), "İSR Holdinq" MMC (0.1%) və Marina Kulişovadır (3,9%).
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
27 d. əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
1 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
1 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
2 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib

















