Azərbaycanda daha bir bankın aktivləri 1 milyard manatı keçib
“Unibank Kommersiya Bankı” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Unibank” 2021-ci ili 4 milyon 688 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 11 milyon 21 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Unibank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 57,5% və ya 6 milyon 333 min manat azalıb. Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır. Ötən il “Unibank” daha da böyüyüb, müştərilərə verilmiş kreditlər və gəlirləri artıb.
GƏLİRLƏRİ ARTIB
2021-ci ildə “Unibank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 161 milyon 72 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 35,9 % (və ya 42 miylon 550 min manat) çoxdur. 2020-ci ildə “Unibank”ın cəmi əməliyyat gəlirləri 118 milyon 522 min manat təşkil etmişdi.
2021-ci ildə “Unibank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 139 milyon 466 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 41,9% (və ya 41 milyon 171 min manat) çoxdur. 2020-ci ildə “Unibank”ın cəmi əməliyyat xərcləri 98 milyon 295 min manat təşkil etmişdi.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Ötən il “Unibank”ın cəmi əməliyyat gəlirləri cəmi əməliyyat xərclərini üstələdiyindən 21 milyon 606 min manat əməliyyat mənfəəti yaranıb. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 16 milyon 918 min manat ayırdığından ötən ili 4 milyon 688 min manat xalis mənfəət ilə başa vurub.
Qeyd edək ki, 2020-ci ildə “Unibank”ın əməliyyat mənfəəti 20 milyon 227 min manat təşkil etmiş, Bank 8 milyon 871 min manat ehtiyatlara ayırdığından və 335 min manat mənfəət vergisi ödədiyindən ili 11 milyon 21 min manat xalis mənfəət ilə bağlamışdı.
AKTİVLƏRİ 1 MİLYARD MANATI KEÇİB
“Unibank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 27,3% və ya 222 milyon 852 min manat artaraq 1 milyard 38 milyon 663 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 815 milyon 811 min manat cəmi aktivlərə malik idi.
“Unibank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 30,3% və ya 171 milyon 928 min manat artaraq 739 milyon 241 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 567 milyon 313 min manata çatmışdı.
“Unibank”ın depozit portfeli 2020-ci illə müqayisədə 2021-ci ildə 34,7% və ya 181 milyon 169 min manat artaraq 703 milyon 536 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 522 milyon 367 min manat cəmi depozitlərə malik idi.
MƏCMU KAPİTALI 105 mİLYON MANATI KEÇİB
31 dekabr 2021-ci il tarixində “Unibank” 105 milyon 922 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2020-ci il tarixində 82 milyon 906 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
2 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
2 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
4 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















