“Naxçıvanbank”ın xalis mənfəəti azalıb
“Naxçıvanbank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, “Naxçıvanbank” 2021-ci ili 6 milyon 301 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 7 milyon 323 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 14% və ya 1 milyon 22 min manat azalıb. Xalis mənfəətin azalması xərclərin və ehtiyata ayırmanın artması ilə əlaqədardır.
GƏLİRLƏRİ DƏ, XƏRCLƏRİ DƏ ARTIB
2021-ci ildə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 18 milyon 406 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 6 milyon 924 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 11 milyon 482 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3 milyon 439 min manat ayırdığından və 1 milyon 742 min manat mənfəət vergisi ödədiyindən ili 6 milyon 301 min manat xalis mənfəət ilə bağlayıb.
2020-ci ildə “Naxçıvanbank”ın cəmi əməliyyat gəlirləri 16 milyon 926 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 371 min manat, əməliyyat mənfəəti 11 milyon 555 min manat təşkil etmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 306 min manat ayırdığından və 1 milyon 926 min manat mənfəət vergisi ödədiyindən ili 7 milyon 323 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb







.jpg)







.jpg)





