Dövlət Xidmətinin keçmiş rəisinə 11 il həbs cəzası verildi
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Cavanşir Süleymanov müdafiə çıxışı edib.
Vəkil müvəkkili barəsində hökm qəbul olunarkən onun səmimi peşmanlığı, cinayət otaqlarının ifşa olunmasına kömək göstərməsi və 5 milyon 338 min 615 manat məbləğində dəymiş ziyanın tam ödənilməsini yüngülləşdirici hal kimi nəzərə atmağı təklif edib.
Müdafiəçi qeyd edib ki, bu miqdarda vurulmuş ziyanın tam ödənilməsi Azərbaycanda ilk haldır: "Dövlət ittihamçısı onun 12 il azadlıqdan məhrum edilməsini istəyib. Belə alınır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə cəzalandırılır və qanun bu hissədə əməl olunmur, bu isə qanunvericinin göstərişlərini və hüquq-mühafizə orqanlarının onlara əsaslanan iddialarını inamını pozur. Əgər Zakir Sultanov yüngülləşdirici hallar nəzərə alınmadan məhkum olunsa, dövlətə nə faydası olacaq və bu, başqalarına necə örnək olacaq?”
Vəkil bundan başqa, Zakir Sultanovun büdcəyə ziyanı əlavə ödəməsi barədə vəsatətinə baxmağı xahiş edib. O, Z. Sultanova şərti cəza verməyi xahiş edib.
Təqsirləndirilən şəxsin digər vəkili Vüqar Babayev də eyni məzmunlu çıxış edib.
Prosesdə Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə göndərilən məktub elan olunub. Məktubda bildirilib ki, cinayət işi üzrə dəymiş ziyan ödənilib və onların əlavə iddiası yoxdur.
Zakir Sultanov son sözündə hakimlərdən humanist hökm verməyi xahiş edib.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 11 il azadlıqdan məhrum edilib.
Qeyd olunub ki, onun “YapıKredit Bank”da olan 600 min avro vəsaiti və üzərinə həbs qoyulmuş sikkələr, digər qızıl-zinət əşyaları dövlət hesabına müsadirə olunmalıdır.
Xatırladaq ki, prokuror Zakir Sultanova 12 il həbs cəzası istəmişdi.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə R.Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
4 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
-
6 saat əvvəl
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
-
6 saat əvvəl
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
Ən çox oxunanlar
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Fevralın 13-də gözlənilən hava şəraiti
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq






















