"Rəşt-Astara dəmir yolu beynəlxalq əhəmiyyət daşıdığı üçün onun tikintisi prioritet məsələdir"
Rəşt-Astara dəmir yolu beynəlxalq əhəmiyyət daşıdığı üçün onun tikintisi prioritet məsələdir və uzunluğu 164 kilometr olan bu yol tez bir zamanda tikilib başa çatdırılmalıdır.
Bu sözləri İranın Nəqliyyat İnfrastrukturlarının inşası və inkişaf etdirilməsi şirkətinin direktoru Abbas Xətibi televiziyada çıxışında deyib.
O bildirib ki, Rəşt-Astara dəmir yolu Bəndər-Abbas limanından başlayaraq Qəzvin-Rəşt yolu ilə Astaraya qədər davam edir.
Beləliklə, formalaşacaq Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Hindistanın Mumbay limanından Finlandiyaya qədər uzanan 13 min kilometrlik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edəcək. Bu yolla İranın həm qonşu, həm də Avropa qitəsindəki dövlətlər ilə ticarət və tranzit əlaqələri möhkəmlənəcək. İdxal və ixrac üçün nəzərdə tutulan yüklər Mumbay limanından İranın Bəndər-Abbas limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Rusiyaya və Avropaya daşınacaq. Yüklər əks istiqamətə də məhz bu yolla çatdırılacaq ki, bu da ikiqat tranzit gəlirləri deməkdir.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin hələlik Qəzvin-Rəşt hissəsi istismara verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Bu yol İran ilə Azərbaycanın dəmir yolları sistemlərini birləşdirəcək.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















