OPEC rəhbəri ümid edir ki, Ukrayna ətrafında vəziyyət düzələcək və neft bazarına təsir etməyəcək
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo Ukrayna ətrafındakı vəziyyətin həll olunacağına və neft bazarına heç bir şəkildə təsir etməyəcəyinə ümid etdiyini bildirib.
“Biz çox nikbinik və ümid edirik ki, bu acınacaqlı vəziyyətin həllində iştirak edən bütün dünya liderləri bütün tərəflərin maraqlarına uyğun olaraq sülh və sabitliyi bərpa edə biləcəklər”, - deyə o, Ukrayna ətrafındakı böhranınneft bazarına təsiri ilə bağlı sualı cavablandırıb.
Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlar ilə təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
15 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















