Hindistan Mərkəzi Bankı kriptovalyutanı maliyyə piramidası adlandırıb
Kriptovalyuta ticarət sistemi ölkə hökumətini iqtisadiyyata nəzarət mexanizmlərindən məhrum edə bilən maliyyə piramidasıdır.
MArja xəbər verir ki, bunu çərşənbə axşamı Hindistan Ehtiyat Bankının (RBI) (Hindistanın Mərkəzi Bankı) sədr müavini Rabi Sankara bildirib.
Sankarın sözlərinə görə, “rəqəmsal aktivlər maliyyə müstəqilliyini təhdid edir və ölkənin maliyyə bütövlüyünü pozur”.
“Biz həmçinin gördük ki, kriptovalyutalar pul vahidi, aktiv və ya əmtəə tərifinə uyğun gəlmir, onların nə pul vəsaitlərinin hərəkəti, nə də xas dəyəri yoxdur. Onlar Ponzi piramidasına (ABŞ-da ilk maliyyə piramidası) bənzəyir və bəlkə də ondan da pisdir”, - deyə o bildirib.
“Kriptovalyuta ticarəti monetar, bank sistemlərini və ümumiyyətlə, hökumətin iqtisadiyyata nəzarət etmək imkanlarını məhv edə bilər”, - Sankar bildirib.
Bundan əvvəl Hindistanın maliyyə naziri Nirmala Sitaraman bildirmişdi ki, respublika hökuməti kriptovalyuta ilə bağlı məsləhətləşmələr aparacaq, bundan sonra onun “qadağan edilib-edilməməsi” barədə qərar qəbul edəcək. Eyni zamanda, o qeyd edib ki, əvvəllər rəqəmsal aktivlərdən əldə edilən gəlirə görə elan edilmiş 30% vergi kriptovalyutaların hüquqi status alması demək deyil.
Hazırda Hindistanda kriptovalyutaları tənzimləyən qanun layihəsi müzakirə olunur. Qanunun ilk layihəsi bütün “özəl kriptovalyutaları” qadağan etməyi, lakin blokçeyn texnologiyasını təşviq etmək üçün istisnalar ilə icazəni nəzərdə tuturdu. Bu, ölkədə öz rəsmi rəqəmsal valyutasının yaradılmasını təmin edirdi. Sənədə parlamentin payız sessiyasında baxılacağı güman edilirdi, lakin bu baş vermədi. Qanun layihəsi Parlamentin davam edən büdcə iclasının gündəmində də yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
51 d. əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
-
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
16 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Ən çox oxunanlar
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub





















