Azərbaycandakı bank kartlarının 65%-i təmassız ödənişləri dəstəkləyir
Ölkədə nağdsız ödənişlərin aparılmasında bank kartları əsas ödəniş aləti kimi istifadə olunur.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənmişdir. Belə ki, 01.01.2022-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 11.5 mln ədəd təşkil etmiş və bu kartların 65%-i təmassız ödənişləri dəstəkləmişdir.
2020-ci il ilə müqayisədə ödəniş kartlarının sayı 20%, o cümlədən təmassız kartların sayı 2 dəfə artmışdır.
Emissiya edilən ödəniş kartlarının 88%-ni (10.1 mln. ədəd) debet kartlar, 12%-ni (1.4 mln. ədəd) isə kredit kartları təşkil etmişdir.
2021-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2020-ci il ilə müqayisədə 29% artaraq 38 mlrd. manat,o cümlədən nağdsız ödənişlərin həcmi 79.6% artaraq 11.5 mlrd. manat olmuşdur.
Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2020-ci il ilə müqayisədə 9.1% bəndi yüksələrək 31.8%- ə bərabər olmuşdur.
Ölkədə bank kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşmüşdür. 2021-ci ilərzində elektron ticarət əməliyyatlarının sayı 2020-ci il ilə müqayisədə 57.5% artaraq 110 mln. ədəd, həcmi isə 81% artaraq 7.5 mlrd. manat olmuşdur.
Təsərrüfat subyektlərində 2021-ci il ərzində POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2020-ci il ilə müqayisədə 2.2 dəfə artaraq 105 mln. ədəd, həcmi isə 80% artaraq 3.9 mlrd. manat olmuşdur. O cümlədən, 2021-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2020-ci il ilə müqayisədə 3.8 dəfə artaraq 71.8 mln. ədəd, həcmi isə 5.2 dəfə artaraq 2.6 mlrd. manat olmuşdur.
01.01.2022-ci il tarixinə ölkədə quraşdırılmış bankomatların sayı 2970 ədəd olmuşdur və son 1 il ərzində bankomatların sayında 6.9% artım müşahidə edilmişdir.
01.01.2022-ci il tarixinə ölkədə 61 178 POS-terminal dövriyyədə olmuşdur və son 1 il ərzində müvafiq göstərici 6.7% yüksəlmişdir. Təmassız ödənişləri qəbul edən POSterminalların sayı isə müvafiq dövr ərzində 28.5% artaraq 43 920 ədəd təşkil etmişdir.
2021-ci ilin sonuna banklar tərəfindən quraşdırılmış ödəniş terminallarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 4.3% azalaraq 1845 ədəd təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























