Qətər: Biz Avropaya qaz nəqlində Rusiyanı əvəz edə bilmərik
Qətərin energetika naziri bildirib ki, Qətərin və ya hər hansı digər ölkənin təkbaşına Rusiyanın təbii qazını LNG olaraq Avropaya çatdırmaq imkanları yoxdur.
Qətərin energetika naziri çərşənbə axşamı bildirib ki, Qətərin və ya hər hansı digər ölkənin Rusiya qazını LNG olaraq Avropaya çatdırmaq üçün kifayət qədər imkanları yoxdur.
Marja xəbər verir ki, Qətərdə hasil edilən təbii qazın böyük hissəsinin uzunmüddətli müqavilələrlə asiyalı alıcılara göndərildiyini bildirən Saad əl-Kabi, Qətərin təbii qaz həcminin yalnız 10-15 faizini Avropaya ixrac edə biləcəyini bildirib.
Kabi, “Rusiya Avropanın ehtiyaclarının 30-40 faizini təmin edir. “Mən düşünmürəm ki, LNG ilə bu boşluğu bağlaya biləcək bir ölkə yoxdur". deyib.
Kabinin LNG təchizatı ilə bağlı qiymətləndirməsi Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Von der Leyen: Biz Rusiya qazından çox asılıyıq
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Rusiya ilə böhranda onların Rusiya qazından həddən artıq asılı olduqları, təchizatçılarını diversifikasiya etməli və bərpa olunan enerjiyə böyük sərmayə qoymağa ehtiyac duyduqlarını açıqlayıb.
Von der Leyen deyib: "Rusiya bu böhranı yaranıb və mövcud gərginliyə görə Rusiya məsuliyyət daşıyır. İndi biz sanksiya paketini tez bir zamanda yekunlaşdıracağıq. İndiyə qədər etdiyimiz kimi tərəfdaşlarımızla yaxından koordinasiya edəcəyik",- deyib.
Sanksiyaların Rusiyanın hərəkətlərinə görə məsuliyyət daşıyan şəxsləri və şirkətləri hədəf aldığını bildirən Von der Leyen, həmçinin Rusiya ordusunu maliyyələşdirən və Ukraynada sabitliyin pozulmasına töhfə verən bankların da sanksiyalar çərçivəsində olacağını bildirib:
“Biz Kremlin aqressiv siyasət yürütməsini mümkün qədər çətinləşdirəcəyik”.
Von der Leyen Almaniyanın “Şimal axını 2” boru kəməri layihəsinin təsdiq prosesini dayandırmaq qərarını düzgün hesab etdiyini bildirib.
Von der Leyen deyib: "Şimal axını 2" bütün Avropanın enerji təchizatının təhlükəsizliyi baxımından qiymətləndirilməlidir. Çünki bu böhran Avropanın hələ də Rusiya qazından çox asılı olduğunu göstərdi. Biz təchizatçılarımızı diversifikasiya etməli və bərpa olunan enerjiyə böyük həcmdə sərmayə qoymalıyıq. Bu, enerji müstəqilliyimizə strateji sərmayədir”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 saat sonra
-
13 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
2 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
2 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
2 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
3 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
3 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
3 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
