ABŞ-dan "Dodd-Frank"ı ləğv edəcək layihəyə razılıq
15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!
Keçmiş ABŞ Prezidenti Barak Obamanın 2008 maliyyə böhranından sonra həyata keçirdiyi "Dodd- Frank Wall Street" islahatının ləğvini nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasından keçib.
"Marja" xəbər verir ki, ABŞ-ın Nümayəndələr Palatası, "İnvestorlar, İstehlakçılar və Sahibkarlar üçün Maliyyə Ümidi və Fürsətlər qanunu" (CHOICE) layihəsini 186-ya qarşı 233 səslə qəbul edib.
Obama rəhbərliyinin 2010-cu ildə həyata keçirdiyi "Dodd-Frank Wall Street" İslahatının tələblərini böyük miqyasda ortadan qaldırılmasına imkan verəcək qanun təklifinin, növbəti dayanacağı ABŞ Senatı olacaq.
Layihə, Respublikaçıların nəzarətindəki Senatdan da keçsə, qüvvəyə minməsi küçün ABŞ Prezidenti Donald Trumpın imzasına təqdim olunacaq.
Trumpın ötən həftələrdə sələfinin imzasını daşıyan tənzimləmələrin yumuşaldılması məqsədilə müxtəlif prezident fərmanları verməsi, adıçəkilən qanun layihəsini təsdiq edəcəyi şəklində şərh olunur.
Layihənin qüvvəyə minməsi vəziyyətində banklara qarşı sərmayə zərurətləri və stress test tələblərinin yumuşaldılması ilə bərabər, İstehlakçının Maliyyə Haqlarının Müdafiəsi Ofisinin və Federal Sığorta Ofisi kimi təşkilatların bağlana biləcəyi bildirilir.
"Dodd- Frank Wall Street" İslahatı
Obama rəhbərliyi, dünya iqtisadiyyatını kollaps həddinə gətirən 2008 maliyyə böhranının təkrar olunmaması üçün Wall Street-ə yeni tələblər qoyan "Dodd-Frank Wall Street İslahatı" haqqında qanunun 2010-ci ildə tətbiqinə başlamışdı.
İslahatlar çərçivəsində kapital bazarı törəmə alətləri, mürəkkəb bazar əməliyyatları və şirkət rəhbərlərinin mükafatları hökumətin nəzarətinə keçdi. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi təşkilatlar, Amerika maliyyə sisteminin Dodd-Frank İslahatı sayəsində keçmişə nisbətən daha sabit və müqavimətli hala gəldiyini bildirirdi.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
-
- 26 d. əvvəl
-
31 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
33 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub






















