Qırğızıstanın milli valyutası kəskin ucuzlaşıb
Qırğızıstanda cümə axşamı qırğız somunun dollara nisbətdə məzənnəsi kəskin ucuzlaşıb. Marja xəbər verir ki, Bişkekin bəzi kommersiya banklarında səhər saatlarında bir dollar 84,5-84,9 somdan 95 soma yüksəlib.
Respublikanın paytaxtının əksər özəl valyutadəyişmə məntəqələrində Amerika valyutası qalmayıb, çünki şəhər sakinləri gün ərzində onu aktiv şəkildə alıblar.
Bundan başqa, fevralın 24-də şəhərdə Rusiya rublunun soma nisbətdə məzənnəsi təxminən 25-35% ucuzlaşıb.
Somun dollara nisbətdə rəsmi məzənnəsi dəyişməyib və Qırğızıstan Milli Bankının məlumatına görə, 1 dollar 84,8 som təşkil edir.
"Qırğızıstan somunun aparıcı dünya valyutaları, o cümlədən dollar qarşısında kəskin ucuzlaşması dünyada baş verən siyasi proseslərlə bağlıdır".
Bu barədə cümə axşamı Qırğızıstan Milli Bankı məlumat yayıb.
“Ukraynadakı son hadisələrin yaratdığı geosiyasi vəziyyət, eləcə də ABŞ və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı mümkün sanksiyaları barədə məlumatlar fonunda Rusiya rublunun məzənnəsində yüksək volatillik müşahidə olunur. Rusiya Federasiyası Qırğızıstan Respublikasının əsas ticarət və iqtisadi tərəfdaşlarından biridir və ticarət tərəfdaşı ölkələrin iqtisadiyyatlarında vəziyyətin dəyişməsi Qırğızıstanın valyuta bazarına dolayı təsir göstərə bilər”, - deyə maliyyə tənzimləyicisi izah edir.
Açıqlamada qeyd olunub, Qırğızıstanın əsas ticarət tərəfdaşları olan ölkələrin maliyyə bazarlarında yaranmış vəziyyət “daxili valyuta bazarında ABŞ dollarının məzənnəsinin artmasına səbəb olub ki, bu da (qiymət artımı) daha çox psixoloji amillər və bazar iştirakçılarının gözləntiləri ilə əlaqədardır".
“Daxili valyuta bazarında vəziyyəti sabitləşdirmək üçün Milli Bank valyuta intervensiyaları həyata keçirib. Lazım gələrsə, Milli Bank valyuta bazarında iştirakını davam etdirəcək, onu tənzimləmək üçün lazımi resurs və alətlərə malikdir, - deyə bank əmin edib.
Eyni zamanda, bank qeyd edib ki, respublikanın kifayət qədər beynəlxalq maliyyə ehtiyatları var və hazırda bu ehtiyatlar 2,792 milyard dollar təşkil edir. “Milli Bank daxili valyuta bazarında və xarici maliyyə bazarlarında yaranan vəziyyəti daim izləyəcək, zərurət yaranarsa, pul siyasətinə uyğun tədbirlər görəcək”, - deyə məlumatda vurğulanır.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı səhər qondarma Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq xüsusi hərbi əməliyyat keçirmək qərarına gəldiyini bildirib. Rusiya lideri vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya ordusunun Ukrayna şəhərlərinə zərbələr endirmədiyini, hərbi infrastrukturun yüksək dəqiqlikli vasitələrlə sıradan çıxarıldığını bildirib. Nazirlik əmin edir ki, mülki əhali üçün heç bir təhlükə yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
5 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
5 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
7 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)









.jpg)








