Bir sıra “Bakcell” abunəçiləri mobil telefonlarını yeniləməli olacaqlar - ŞİRKƏT MƏHDUDİYYƏT TƏTBİQ EDƏCƏK
“Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, daha müasir texnologiyaların tətbiqi və göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılan təkmilləşdirmə işləri çərçivəsində 10 mart 2022-ci ildən etibarən A5/1 standartını dəstəkləyən mobil cihazlardan istifadə məhdudlaşdırılacaq.
Marja xəbər verir ki, bu barədə “Bakcell” MMC-nin məlumatında bildirilir.
Qeyd edilib ki, əhalinin mobil xidmətlərə, o cümlədən yüksəksürətli mobil internetə artan tələbatı ilə əlaqədar olaraq istifadəçilər, minimal gecikmə ilə irihəcmli məlumatların sürətli ötürülməsinə imkan yaradan 4G xidmətlərdən daha çox istifadə edilməsinə üstünlük verirlər. Buna müvafiq olaraq, hazırda yeni nəsil mobil rabitə şəbəkələri, xüsusilə də 4G şəbəkəsinin əhatə zonası genişləndirilir. Odur ki, 2G şəbəkəsi üzərindən yalnız A5/1 standartı ilə işləyən mobil cihazların istifadəçilərindən öz cihazlarının yenilənməsi xahiş olunur. Bu proses tədricən respublikamızın bütün ərazisində həyata keçiriləcək. Qeyd olunan məhdudlaşdırma tətbiq olunan rayon və şəhərlərdə yaşayan abunəçilərə əvvəlcədən məlumat xarakterli SMS göndəriləcək.
Digər standartları dəstəkləyən texnologiyalardan istifadə edən abunəçilər isə hər hansı bir çətinliklə qarşılaşmayacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















