Avro Rusiyaya qadağan edildi
Avropa İttifaqı Şurası avro əskinaslarının Rusiya ərazisində istifadəsini qadağan edib.Avropa İttifaqı (Aİ) avro əskinaslarının Rusiyaya satışına, tədarükünə, ixracına, habelə Rusiya Birbaşa İnvestisiya Fondu (Russian Direct Investment Fund - RDİF) ilə birgə maliyyələşdirilən layihələrə investisiya qoyuluşuna qadağa tətbiq edib.
Marja xəbər verir ki, müvafiq qaydalar çərşənbə günü Aİ-nin rəsmi jurnalında dərc olunub.
Qeyd edilib ki, Avropa İttifaqı Şurası - Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən birgə maliyyələşdirilən gələcək layihələrə sərmayə qoyuluşu, iştirak və ya digər töhfələri qadağan edib. Şura avro əskinaslarının Rusiyaya və ya Rusiyada hər hansı fiziki və ya hüquqi şəxsə, təşkilata və ya orqana, o cümlədən Rusiya Hökumətinə və Mərkəzi Bankına satışını, tədarükünü, köçürülməsini, ixracını və ya Rusiya ərazisində istifadəsini qadağan edib.
Eyni zamanda, Rusiyaya gələn fiziki şəxslər, habelə hüquqi toxunulmazlığı olan diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar tərəfindən avro əskinaslarından şəxsi istifadəsinə icazə verilir.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
10 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 12 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)




