Naxçıvanda “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin rəsmi açılış mərasimi keçirilib
01 mart 2022-ci il tarixində “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən layihə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) dəstəyi ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunacaqdır.
Layihənin məqsədi Naxçıvan MR-da yaşayan 60 aztəminatlı qadını, o cümlədən sağlamlıq imkanları məhdud qadınları lazım olan bilik və sərmayə kapitalı ilə təchiz etməklə, onlar üçün özünüməşğulluq imkanları yaratmaqdır.
Bu məqsədə nail olmaq üçün AMFA Maliyyə Savadlılığı üzrə "Gələcəyini Planlaşdır!" təlimlərini, Biznesin Planlaşdırılması üzrə “Sahibkar Ol!” təlimlərini həyata keçirəcək, uğurlu biznes plan tərtib edən qadınları öz bizneslərinə başlamaq və ya mövcud bizneslərini genişləndirmək üçün sərmayə kapitalı ilə təchiz edəcək. Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək və Şahbuz rayonlarında yaşayan biznes ideyası olan aztəminatlı qadınlar Naxçıvan MR AQUPDK-nın dəstəyi ilə layihəyə cəlb olunacaqlar.
Layihə 2022-ci ilin dekabrın sonuna kimi davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 31 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur




















.webp)






