“Japan Tobacco” Rusiyada fəaliyyətini həmişəki kimi davam etdirir
Dünyanın ən böyük siqaret istehsalçılarından biri olan Yaponiyanın “Japan Tobacco” korporasiyası Ukrayna ətrafındakı vəziyyətə baxmayaraq, hazırda Rusiyada öz işini həmişəki kimi davam etdirir.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Rusiya bazarında əməliyyatlar adi qaydada aparılır, biz biznesin davamlılığı planına uyğun tədbirlər görürük. Biz bu məsələdə tendensiyaları (Ukrayna ətrafında vəziyyəti - red) yaxından izləməyə davam edəcəyik", - korporasiya qeyd edib.
Eyni zamanda, mətbuat xidmətinin nümayəndəsi bəyan edib ki, “Japan Tobacco” beynəlxalq şirkət olmaqla Avropa İttifaqı ölkələri və bir sıra digər dövlətlər, o cümlədən Böyük Britaniya və Yaponiya tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl edəcək.
Japan Tobacco bundan əvvəl Ukraynanın Kremençuk şəhərindəki müəssisəsində fəaliyyətini dayandırmışdı. Rusiyada Yapon tütün nəhənginin dörd fabriki, o cümlədən Sankt-Peterburq və Rostov-na-Donda hazır məhsul istehsalı üzrə iki fabriki, həmçinin 70-ə yaxın şöbəsi var.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Bir sıra xarici şirkət və brendlər də Rusiya Federasiyasında fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
24 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 26 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
























