Nissan tezliklə Sankt-Peterburqdakı zavodunda istehsalı dayandıracaq
Nissan tezliklə Sankt-Peterburqdakı zavodunda istehsalı dayandıracağını gözləyir.Yaponiyanın “Nissan Motor” avtomobil konserni Sankt-Peterburqdakı zavodunda “tezliklə” istehsalın dayanacağını gözləyir.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi avtomobil istehsalçısının saytında dərc edilmiş məlumatda deyilir.
“Rusiya bazarındakı fəaliyyətimizə gəlincə, Nissan Rusiyaya nəqliyyat vasitələrinin ixracını dayandırıb və tezliklə Sankt-Peterburqdakı zavodumuzda istehsalın dayanacağını gözləyir”, - avtomobil istehsalçısının bəyanatında deyilir.
Həmçinin bildirilir ki, Nissan “Ukraynadakı humanitar böhranın qurbanlarına dəstək üçün 2,5 milyon avroluq fond yaradır”.
Martın 4-də Yaponiyanın ən böyük avtomobil istehsalçısı “Toyota Motor” Ukrayna ilə bağlı sanksiyaların səbəb olduğu komponentlərin çatışmazlığı və tədarük zəncirinin pozulması səbəbindən Sankt-Peterburqdakı zavodunda istehsalı dayandırıb.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qodarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalının daxil olmadığını vurğulayıb. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr, o cümlədən Yaponiya Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bildiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















