"Rusiya neftindən imtina edilərsə, bir barelin qiyməti 300 dolları keçə bilər" - RUSİYADAN AÇIQLAMA
"Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq, qiymət bir barel üçün 300 dolları keçə bilər. Avropa bazarında Rusiya neftinin həcmini tez bir zamanda əvəz etmək mümkün deyil, buna bir ildən çox vaxt lazım olacaq. Rusiya neftinə qoyulan qadağa Avropa və ABŞ-da yanacağın, elektrik enerjisinin və istilik enerjisinin bahalaşmasına səbəb olacaq".
Marja.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Qiymətlərin artımı gözlənilməz olacaq - bir barel üçün 300 dolları aşacaqdır", - o deyib.
Novak,"Eyni zamanda, Avropa bazarında Rusiya neftinin həcmini tez bir zamanda əvəz etmək mümkün deyil, bu, bir ildən çox vaxt aparacaq və bu, avropalı istehlakçılar üçün xeyli baha olacaq. Bu ssenaridə Avropalı siyasətçilər bundan sonra öz vətəndaşlarını onları nə gözlədiyi və yanacaq, elektrik enerjisi, isitmə qiymətlərinin kəskin şəkildə artacağı barədə vicdanla xəbərdar etməlidirlər. Bu, Amerika bazarı da daxil olmaqla, digər bazarlara da təsir edəcək”.
Novak bildirib ki, Moskva Qərbin Rusiya neftinin rədd edilməsi ilə bağlı bəyanatlarından narahatdır, lakin ixracı Avropa bazarından yönləndirmək imkanına malikdir:
"Əgər siz Rusiyadan enerji tədarükündən imtina etmək istəyirsinizsə, biz buna hazırıq. Biz bu həcmləri hara yönləndirə biləcəyimizi bilirik".
"Rusiya bundan əvvəl və bu gün bütün öhdəliklərini tam şəkildə yerinə yetirib, bütün tələblər yerinə yetirilir, neft və neft məhsullarının daşınması planlaşdırıldığı kimi həyata keçirilir. Lakin bizim narahatlığımıza embarqonun tətbiqi və ondan imtina imkanları ilə bağlı müzakirələr və bəyanatlar səbəb olur. Biz həmçinin tərəfdaşlarımıza, treyderlərə, nəqliyyat şirkətlərinə, banklara və maliyyə institutlarına böyük təzyiqlər görürük”, - deyə baş nazirin müavini əlavə edib.
Qeyd edək ki, bu gün Brent neftinin qiyməti 140 dollara yaxınlaşmışdı. Buna səbəb ABŞ dövlət katibi Antoni Blinkenin Avropalı müttəfiqləri ilə Rusiyadan neft idxalını dayandırmağı müzakirə etdiklərini bildirməsi olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
8 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















