Ehtimallar öz təsdiqini tapmadı - qızıl bahalaşır
ABŞ Federal Ehtiyyatlar Sistemi 2018-ci ildən bəri ilk dəfə faiz dərəcələrini artırdı. Daha əvvəl 0.5%-lik artım proqnozlaşdırılsa da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yaranmış qlobal iqtisadi risklər fonunda 0.25%-lik artımla kifayətlənən FED-in il sonuna kimi daha 6 dəfə faiz dərəcələrini artıracağı bildirildi.
Bu gün həmçinin İngiltərə və Türkiyə Mərkəzi Banklarının faiz qərarı və Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaqdır.
FED-in 0.5%-lik faiz artımı ehtimallarını dəyərləndirərək ucuzlaşan qızıl bu ehtimalların öz təsdiqini tapmaması fonunda yenidən bahalaşıb. Hazırda 1935$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1951$-ın üzərinə yüksəlsə, artım tendensiyası 1981$ və 2011$-a kimi davam edə bilər.
FED-in faiz dərəcələrini artırmaqda daha təmkinli davranması kriptovalyuta birjaları üçün müsbət qiymətləndirilsə də il sonuna kimi əlavə 6 dəfə faiz artımı ehtimalları kriptovalyutaları təzyiq altında saxlaya bilər. Hazırda 41000$-dan təklif olunan bitkoin 42000$ səviyyəsini qırsa, artım tendensiyası daha uzunmüddətli ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)







