Coca-Cola Novruz bayramına rəng qatır
“Coca-Cola ilə Papaq Atdı” adlı layihəyə start verilir. Coca-Cola şirkəti 10 min ailənin qapısına papaq atıb bayram sovqatı təqdim edəcək!Hər zaman Novruz bayramında istehlakçılara xüsusi kampaniyalar təqdim edən Coca-Cola bu Novruz bayramı üçün də maraqlı aksiyalar keçirir.
Azərbaycan xalqının ən rəngarəng və zəngin bayramlarından olan Novruz ərəfəsində bayram şənliklərinə rəng qatmaq məqsədilə “Coca-Cola ilə Papaq Atdı” adlı layihəyə start verir və ölkə üzrə 10,000 ailənin qapısına papaq atıb bayram sovqatı təqdim edəcək.
Coca-Colanın bayram papağında Coca-Cola Klassik 1L, Coca-Cola Sıfır Şəkər 1L və başqa bayram sovqatları istehlakçılara pulsuz hədiyyə olunur.
Eyni zamanda Coca-Cola şirkəti Novruz bayramı üçün hazırladığı "Novruzun Rəngləri Coca-Cola ilə Süfrənizdə" kampaniyasını da həyata keçirir. Kampaniyanın hədiyyəsi olan 4 rəngdə - Novruzun çərşənbələrini xatırladan qırmızı, sarı, yaşıl və ağ - bayram stəkanları regionda ilk dəfə olaraq məhz Azərbaycan istehlakçıları üçün istehsal olunub. Coca-Cola Novruz süfrələrini dərin tariximiz və mədəniyyətimizdən gələn həyat rəmzlərimiz ilə bəzəməyi hədəfləyir:
• Ağ Coca-Cola Stəkanı: Novruzun gəlişini ilk xəbər edən Su Çərşənbəsini təmsil edir;
• Qırmızı Coca-Cola Stəkanı: Odlar yurdunurəmzi olan Od Çərşənbəmizi təmsil edir;
• Sarı Coca-Cola Stəkanı: Taxıl tarlasının üzərindən keçib bizə bərəkət gətirən Yel Çərşənbəmizi təmsil edir;
• Yaşıl Coca-Cola Stəkanı: Həyatın başlanğıcını və baharın gəlişi ilə təbiətin canlanmasını əks etdirən Torpaq Çərşənbəmizi təmsil edir.
21 Fevral tarixindən start götürüb 18 aprelə qədər davam edəcək kampaniyanın gümüşü qapaqları Coca-Cola Classic 2.5L, Coca-Cola Sıfır Şəkər 2.5L, Fanta Portağal 2.5L, Sprite 2.5L məhsullarındadır. Coca-Cola-dan bir ədəd Novruz stəkanı qazanmaq üçün 2 gümüşü qapağı toplayıb qapaq dəyişmə nöqtələrinə gətirmək lazımdır. Uduşlu gümüşü qapaqları “Qapaq dəyişmə nöqtəsi” yazılı posterləri asılan marketlərdə, həmçinin, aşağıda adları qeyd edilən bütün iri marketlər şəbəkəsində dəyişdirə bilərsiniz:
• Araz Supermarketlər şəbəkəsi
• Grandmart Supermarketlər şəbəkəsi
• Bolmart Supermarketlər şəbəkəsi
• Bravo Supermarketlər şəbəkəsinin seçilmiş filialları
"Azərbaycan Koka-Kola Bottlers LTD" MMC-nin Marketinq müdiri Selman Yucebiyik hər il olduğu kimi bu il də şirkətin Novruz bayramına xüsusi diqqət ayırdığını bildirib:
“Coca-Cola şirkəti Azərbaycanda Novruz bayramı adət-ənənələrinin davam etdirilməsi məqsədi ilə bir sıra tədbirlərə imza atır. “Nargis” Fondun təşkilatçılığı ilə “Torpaq əlimdə, bahar ürəyimdə” Xeyriyyə Yarmarkasında yerləşdirilən əsrarəngiz fotozonalar ilə, Dənizkənarı Milli Parkda və Gəncə Mall Ticarət mərkəzində təşkil edilən “Coca-Cola Səməni Xonçası” ilə və ən önəmli layihələrdən olan istehlakçı stəkan kampaniyası ilə Novruz möcüzəsini yaşatmağı hədəfləyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib















.jpg)




