"Bu gün və ya sabah danışıqlarda “perspektivli nəyinsə olub-olmaması” bəlli olacaq"
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugün yeni açıqlamalar verib.
Rusiya Prezidentinin mətbuat katibi Peskov bildirib ki, Moskva avropalı kontragentlərin Rusiya Federasiyası ilə qaz müqavilələrindən imtina etməsi halında fəaliyyət planını nəzərdən keçirir.
Peskov deyib ki, xarici şirkətlər başa düşməlidirlər ki, onlar avro və dollar ilə rubl alıb ondan qaza görə ödəniş üçün istifadə edə bilərlər, de-fakto heç nə dəyişmir.
Peskov hesab edir ki, gec-tez Moskva və Vaşinqton strateji sabitlik məsələləri barədə danışmalı olacaqlar, bu, bütün dünya üçün vacibdir.
Peskov bildirib ki, Rusiya Federasiyası qazı pulsuz verməyəcək, bu mümkün deyil.
"Baydenin Putinə qarşı şəxsi təhqirləri iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir, lakin hər halda Rusiya Federasiyası ilə ABŞ arasında dialoqa ehtiyac var", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Peskov bildirib ki, Abramoviçin Moskva və Kiyev arasında danışıqlarda iştirakı hər iki tərəfdən bəyənilib.
Abramoviç Rusiya nümayəndə heyətinin rəsmi üzvü deyil, lakin o, Moskva və Kiyev arasında əlaqələrin təmin edilməsində iştirak edir, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.
Peskov Putinin martın 29-da Makronla növbəti telefon danışığının planlaşdırıldığını təsdiqləyib.
Peskov deyib ki, bu gün və ya sabah Rusiya-Ukrayna danışıqlarında “perspektivli nəyinsə olub-olmaması” bəlli olacaq.
Peskov Delyaqini emosiyalarını cilovlamağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməkdən çəkinməyə çağırıb.
Peskov Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların iştirakçılarının zəhərlənməsi ilə bağlı məlumatları informasiya təxribatının bir hissəsi adlandırıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 29 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Müasir marketinq: səs-küydən mənaya doğru
Suraxanının İcra başçısına töhmət verilib
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib






















