ABŞ Xəzinədarlığından Rusiyaya dollar qadağası
ABŞ Maliyyə Nazirliyi Amerika maliyyə institutlarında Rusiyaya məxsus hesablardan Rusiya dövlət borcu üzrə dollarla hər hansı ödənişin aparılmasına icazə verməyəcək. Qərar aprelin 4-dən qüvvəyə minib.ABŞ administrasiyası istiqraz ödənişləri üçün alternativ maliyyə mənbələri tapmaq məsələsində Moskvaya təzyiq göstərmək məqsədilə Amerika banklarında Rusiyaya məxsus hesablardan Rusiya dövlət borcu üzrə dollarla hər hansı ödənişin aparılmasını dayandırmaq qərarına gəlib.
Marja Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sözçüsü bu addımın Rusiyanın valyuta ehtiyatlarından istifadəsini neytrallaşdırmaq və defolt etməsini təmin etmək məqsədi daşıdığını bildirib.
Bazar ertəsi günü Rusiya bir istiqraz üzrə ödəniş etməli idi.
Defoltla bağlı əvvəlki xəbərdarlıqlara baxmayaraq, Rusiya hökuməti indiyədək beynəlxalq investorlar qarşısında öhdəliklərinin heç birini gecikdirməyib.
Ölkə tədavül müddəti 2035-ci ilədək olan avrobondun 102 milyon dollarlıq kupon ödənişini həyata keçirib.
Rusiyanın Aprelin 4-də həyata keçirdiyi proqnozlaşdırılan 2 milyard dollarlıq ödəniş ilin ən böyük ödənişi kimi diqqət çəkir.
Ölkə daha əvvəl 117,2 və 66 milyon dollarlıq kupon ödənişləri həyata keçirmişdi.
Rusiyanın təxminən 40 milyard dollar məbləğində15 beynəlxalq dövlət istiqrazı var. Ukrayna böhranından əvvəl bunun təxminən 20 milyard dolları Rusiyadan kənarda investisiya fondlarının və fond menecerlərinin əlində idi.
Defolt narahatlıqları artıb
Rusiyanın “dost olmayan” ölkələrin investorlarına istiqrazlar üzrə kupon ödənişlərini rublla edəcəyi ilə bağlı açıqlamalarından sonra kredit reytinq agentlikləri ödənişlərin yerli valyuta ilə aparılmasının defolt demək olacağını açıqlayıblar.
ABŞ Xəzinədarlığı Rusiya Mərkəzi Bankı və digər qurumlara qarşı tətbiq edilən sanksiyaların ən azı may ayına qədər ölkənin dollarla borclarını ödəməsinə mane olmayacağını açıqlayıb.
S&P Rusiyanın kredit reytinqini mənfi olaraq qiymətləndirib və qeyd edib ki, "Rusiya razılaşdırılmış şəkildə borc öhdəliklərini yerinə yetirməsə və qurum bu ödənişləri əlavə vaxt ərzində həyata keçirə bilməyəcəyinə qərar verərsə" defolt edə bilərlər.
Ehtiyatları azalır
Rusiyanın valyuta ehtiyatlarında azalma müşahidə olunub.
Rusiya Mərkəzi Bankının açıqlamalarına görə, ötən həftə ölkənin valyuta və qızıl ehtiyatları azalaraq 604,4 milyard dollar olub. Bu göstərici avqust ayından bəri ən aşağı ehtiyat səviyyəsidir.
Fevraldakı pik səviyyə ilə müqayisədə ölkənin ehtiyatları 38,8 milyard dollar azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
54 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
4 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu























