“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qaydalar avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir. Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən operatorların uçotunun aparılmasını tənzimləyir.
Qaydalara əsasən, operator kimi uçota alınmaq istəyən hüquqi və ya fiziki şəxslər vergi uçotuna alınmalı, mülkiyyət, istifadə və ya icarə hüququ ilə dövlət qeydiyyatına alınmış avtonəqliyyat vasitələrinə malik olmalı, işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı müəyyən edilmiş meyarlara cavab verməlidir.
Qeyd edilib ki, yeni qaydaların tətbiqi sürücülərin bilik və bacarıqlarının artırılması və idarəetmənin inkişaf etdirilməsi vasitəsilə milli avtodaşıyıcıların rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək, onların ikitərəfli və üçüncü ölkələrdən daşımalar bazarında payının, eləcə də “Qərb-Şərq” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərində xüsusi çəkilərinin artmasına səbəb olacaq.
“Azərbaycan avtodaşıyıcılarının beynəlxalq daşımalara buraxılması Qaydaları”nın tətbiq edilməsində məqsədlərdən biri də avtomobil nəqliyyatı sahəsində qabaqcıl tənzimləmə mexanizmi hesab olunan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Keyfiyyət Xartiyasının tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsidir. Keyfiyyət Xartiyasında təsis edilmə, işgüzar nüfuz, maliyyə dayanıqlığı və peşəkarlıq səriştəsi ilə bağlı müvafiq tələblər müəyyən edilir və daşımalara bu tələblərə cavab verən subyektlər buraxılır. Bu da öz növbəsində avtomobil nəqliyyatının işinin səmərəli təşkilinə, sahənin dayanıqlı inkişafına və investisiya cəlbediciliyinin artmasına müsbət töhfə verir.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” haqqında qərarı dərc edildiyi gündən bir il sonra qüvvəyə minəcək. Bir il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi operatorların uçotunun aparılması üçün müvafiq hazırlıq işləri həyata keçirəcək. Belə ki, “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində daşıyıcılarla görüşlər təşkil ediləcək, onlara lazımi izahlar və metodiki dəstək göstəriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















