Dövlət şirkətindən özəl şirkətə 73 milyon manatlıq sifariş!
"Star Mining" şirkəti "Azergold"dan təxminən 73 milyon manatlıq sifariş aldı.Dövlətə məxsus "Azergold" QSC "Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alınması" və "Geoloji nümunələr üçün sınaq torbalarının satın alınması" ilə bağlı tenderləri yekunlaşdırıb.
Marja.az xəbər verir ki, qalib şirkətlər "Star Mining" MMC və "AK PİPİNG MATERİALS" MMC-dir.
"Azergold" şirkəti "Star Mining" ilə məbləği 72 milyon 981 min manat, "AK PİPİNG MATERİALS" ilə məbləği 94 min manat olan müqavilələr imzalayıb.
Xatırladaq ki, bir neçə gün öncə "AzerGold" QSC-nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti "Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması" üçün tenderi yekunlaşdırmışdır. Qalib şirkət "Azeri Mining Group" Məhdud Məsuliyyətli Cəmiyyətidir. “Daşkəsən Dəmir Filiz” şirkəti "Azeri Mining Group" şirkətilə məbləği 118 milyon 948 min manat olan müqavilə imzalanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
-
12 saat əvvəl
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
-
13 saat əvvəl
Səudiyyə Ərəbistanın neft şirkətinin obyekti vurulub, fəaliyyətini dayandırıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İran Trampı öldürməyə çalışır"
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjasının ticarət dövriyyəsi kəskin azalıb
Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
24 400 manat ilkin ödəniş et, Biləcəridə tam təmirli, 3 otaq studiya sənin olsun - “Kristal!”
Ən çox oxunanlar
“Yaşıl Cümə” başlayır – hər yer yaşıl olacaq!
Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlər veriləcək - 62 MİN MANAT AYRILDI
PAŞA Sığorta 20 illiyini “Yubiley” kampaniyası ilə qeyd edir!
İran neftin qiymətinin 200 dollara qədər yüksələcəyini ehtimal edir






















