Ziraat Bank Azərbaycan "Nargis" Fondu tərəfindən iftar çadırlarının qurulması layihəsinə dəstək göstərdi!
(®) Sosial fəaliyyətləri ilə daim diqqətləri öz üzərinə çəkən Ziraat Bank Azərbaycan bir daha xeyriyyəçilik layihəsinin həyata keçirilməsinə dəstək olub.
Bank, “Nargis” Fondu tərəfindən Ramazan Bayramı münasibətilə Aprel ayının son həftəsində, Qəbələ şəhərinin mərkəzində yüksək səviyyədə həyata keçirilmiş iftar çadırlarının qurulması layihəsində öz dəstəyini əsirgəməyib.
Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin də iştirak etdiyi layihə çox sayda insana, habelə rayon və kəndlərdə yaşayan əhaliyə töhfə vermək məqsədilə 5 gün olmaqla şəhərin mərkəzində həyata keçirilib. Fond sadəcə şəhərin mərkəzində çadırları təşkil etməklə qalmayıb, həmçinin hazırlanmış iftar süfrəsinə qoşula bilməyən sakinlərə də əlavə sovqatlardan evlərinə paylanmasını təmin etmişdir.
Qeyd etmək lazımdır ki, Ziraat Bank Azərbaycan və Nargis Fondu arasındakı xeyriyyəçilik əməkdaşlığı ilk deyil. Belə ki, Bank Fondun yüksək səviyyədə təşkilatçılığı ilə ənənəvi olaraq həyata keçirilən bu layihənin 2019-cu il tarixində ilk tərəfdaşlarından biri olmuşdur.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
52 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət






















