Volkswagen və BP 8000 enerji doldurma məntəqəsi quraşdıracaq
Volkswagen qrupu ilə Böyük Britaniyanın neft və qaz şirkəti BP 2024-cü ilin sonuna qədər Avropada 8000 yeni elektrik enerjisi doldurma məntəqəsi quraşdıracaq. Almaniyanın avtomobil nəhəngi 2030-cu ilə qədər satışlarının 70 faizinin elektrikli avtomobillərdən ibarət olacağını gözləyir.Volkswagen (VW) qrupu ilə BP 2024-cü ilin sonuna kimi Almaniya, Böyük Britaniya və bəzi Avropa ölkələrində 8000 yeni enerji doldurma məntəqəsi quraşdıracaq. İki şirkətin layihəsi elektromobillərə keçidi asanlaşdırmaq məqsədi daşıyır.
Marja.az xəbər verir ki, yeni enerji doldurma cihazlarının yerləri həm VW qrup avtomobillərində (Seat və Skoda daxil olmaqla), həm də avtomobildaxili proqramlar vasitəsilə əldə ediləcək. BP-nin artan enerji doldurma şəbəkəsi Volkswagen, Skoda və Seat-ın avtomobilin idarə panellərinə inteqrasiya olunacaq. Bununla da sürücülər çox qısa müddətdə BP-də ən yaxın enerji doldurma məntəqəsini tapa biləcəklər.
BP və Volkswagen Group tərəfindən həyata keçirilən ilk enerji doldurma qurğusu Almaniyanın Düsseldorf şəhərində xidmət göstərməyə başlayıb. 24 ay ərzində Almaniya və Böyük Britaniyada 4000-ə qədər elektrik avtomobili doldurma məntəqəsinin olması planlaşdırılır. Bu əməkdaşlıq iki şirkətə ekoloji cəhətdən təmiz nəqliyyatda daha çox investisiya imkanlarını araşdırmaq imkanı verir.
VW elektrikləşdirmə planlarını sürətləndirdikcə, 2030-cu ilə qədər satışlarının 70 faizinin elektrikli avtomobillərdən olacağını gözləyir. Artan müştəri tələbi ilə əlaqədar olaraq, elektrik enerjisilə hərəkət edən avtomobil istehsalçıları geniş enerji doldurma şəbəkəsinə ehtiyac duyurlar.
BP neft-qaz nəhəngi kimi reputasiyasını “inteqrasiya edilmiş enerji şirkəti”nə çevrilmək lehinə dəyişməyə çalışır. Bu birgə sərmayə BP-yə yanacaqdoldurma məntəqələrini elektrik enerjisisi doldurma stansiyalarına çevirməyə kömək edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















