“Sahibkarı TAP” layihəsini həyata keçirilir
Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sahibkarı TAP” layihəsini həyata keçirir.
Layihə agentliyin qrant elanı üzrə “müharibə təsirinə məruz qalmış regionlarda iqtisadi inkişaf istiqamətində araşdırma” istiqamətində həyata keçirilir.
Layihənin icrasında əsas məqsəd ölkənin müharibə təsirinə məruz qalmış rayonlarında sahibkarlıq düşüncə tərzinə malik şəxslərinin aşkarlanması və mövcud potensialın dəyərləndirilməsini təşkil etməkdən ibarətdir. Belə ki, Gəncə, Ağdam, Bərdə və Tərtər rayonlarında əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğunun artırılması, sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə atılacaq addımları düzgün hesablamaq məqsədilə aparılan araşdırma işi sonrakı mərhələdə proseslərdə kompas rolunu oynayacaqdır. Həmçinin araşdırma nəticələrinə görə sahibkarlıq potensialı yüksək olan bölgələrdə, vətəndaşlarla davamlı işin təşkili və onların inkişafına xidmət edəcək fəaliyyətlərin icrası da layihənin davamlılıq mərhələsində həyata keçiriləcək.
Üç ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə 1 fevral 2022-ci il tarixindən etibarən start götürüb və hazırda layihənin sorğu mərhələsi uğurla yekunlaşıb. Nəticədə 320 nəfər canlı olaraq soğuya cəlb edilib. Layihənin icra müddəti yekunlaşsa da soğunun keçirilməsi internet resursları üzərindən davam edir. Qısa zamanda 10000 nəfərə yaxın vətəndaşın sorğuya cəlb olunması hədəflənib. Sorğuya cəlb olunan əsas hədəf qrupu qadınlar, gənclər və orta yaş qrupuna aid şəxslərdir. Soğuda iştirak etmək istəyən şəxslər bu linkə (https://bit.ly/3w6oWeb)keçid edə bilərlər.
Yaxın zamanda layihə çərçivəsində aparılan araşdırma işinin nəticələrinə və tətqiqat prosesinə həsr olunmuş hesabat tədbiri keçiriləcək. Tədbirdə aidiyyatı üzrə dövlət qurumları, beynəlxalq təşkilatlar və fondların məsul şəxslərinin iştirakı təmin ediləcək. Mövcud vəziyyət və prespektivlər müzakirə ediləcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)








.jpg)






