Fed aşağı inflyasiyaya baxmayaraq nə üçün faiz artırır?
Çərşənbə günü açıqlanan iki iqtisadiyyat xəbəri bir-biri ilə ziddiyyət təşkil edir: "Fed faizləri artırıb" və "ABŞ-da inflyasiya illik 2%-dən aşağı artıb" xəbərləri.
"Marja" xəbər verir ki, dünən Fed, faizləri indiki inflyasiya nisbətinə baxaraq artırmadı; Faizin artırılmasının səbəbi Fed-in 2019-cu ilə dair inflyasiya gözləntiləridir.
ABŞ-da məşğuluq çox güclüdür və işsizlik nisbəti aşağıdır. Geci-tezi bu güclü məşğulluq və əmək haqlarının artması tələbi canlandıracaq və qiymətlər yüksələcəkdir. Buna görə gələcəkdə inflyasiyanın problemə çevriləcəyi gözləntiləri çox güclüdür. İnflyasiya həddindən artıq yüksələn zaman, FED-in bu vəziyyətə müdaxilə etməsi üçün faizlər yüksək səviyyədə olmalıdır (yenidən aşağı salınması üçün). Buna görə faizlər əvvəlcədən artırılır.
Fed-in həmlələrinin (qərarlarının) istehsal, məşğulluq və inflyasiyaya təsiri gecikmə ilə olur. Milton Fridman, pul siyasətində gecikmənin uzunmüddətli və dəyişkən olduğunu deyir.
Bu avtomobilinizin sükanını dönmək istədiyiniz küçədən iki küçə əvvəl döndərməyiniz kimidir.
Fed-in qərarlarının xərclər və istehsal üzərində bəzi təsirləri dərhal görüləcək, bəziləri 6 - 18 ay ərzində hiss ediləcək və qalan son təsirlər də iki il ərzində baş verəcəkdir. Eyni vəziyyət, inflyasiya üçün də etibarlıdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək



























