"ƏDV inzibatçılığı elektronlaşdırılacaq”
Nazir müavini: “Xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığı elektronlaşdırılacaq”
Bu gün Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar, həyata keçirilən çevik vergi siyasəti barədə tədbir iştirakçılarına məlumat verib. Nazir müavini qeyd edib ki, Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır:
“Ölkəmizdə əlverişli biznes mühitin yaradılması işinin iştirakçısı olan vergi orqanları qarşısında vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, yaranmış problemlərin aradan qaldırılmasına diqqətlə yanaşmaq, vergi məsələlərində və tətbiq olunan innovasiyalarda biznesə və vətəndaşlara yardım etmək vəzifəsi durur”.
Vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində atılan ən mühüm addımlardan birinin də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli təsdiq olunmuş sərəncamına uyğun olaraq vergi sisteminin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması olduğunu vurğulayan İ.Vəliyev qeyd edib ki, beynəlxalq vergitutma sahəsində son illər ərzində baş verən proses və tendensiyalar, o cümlədən xarici ölkələrin beynəlxalq müqavilələrin tətbiqi təcrübəsi nəzərə alınmaqla, bağlanmış müqavilələrin inzibatçılığının həm rezident, həm də qeyri-rezident şəxslərə münasibətdə asanlaşdırılması və mütərəqqi informasiya texnologiyalarından istifadə edilməsi yolu ilə elektronlaşdırılması nəzərdə tutulur.
“Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları” yeni redaksiyada hazırlanıb və bu qaydalarda elektron müraciət etmək imkanı və güzəştlərin əvvəlcədən tətbiq edilməsində gəlir növlərinin siyahısının genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu yenilik elektron imza, o cümlədən “ASAN imza” vasitəsilə DTA formalarının xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanını yaratmaqla onlardan daha rahat və geniş şəkildə istifadə edilməsi mümkün olacaq. Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində “e-Sertifikat” modulu yaradılıb” - deyə nazir müavini vurğulayıb.
Sonra tədbir iştirakçıları üçün təqdimatlar keçirilib.
“Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi” mövzusunda təqdimatda ölkəmizin digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər şəbəkəsi, bu sazişlərin vergi ödəyiciləri üçün yaratdığı imkanlar barədə məlumat verilib. Qeyd edilib ki, DTA formaları sadələşdirilib, elektron müraciət etmək, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb:
“Bununla yanaşı, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Bütün bunlar vergi ödəyicilərinin xərclərinin optimallaşdırılması və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, digər dövlətlərlə elektron məlumat mübadiləsi, transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə, xarici investorlar üzrə vergi və inzibati xərclərinin azalmasına imkan verir.
“Sıfır dərəcə ilə ƏDV üzrə elektron sertifikatların tətbiq edilməsi” mövzusunda təqdimatda isə sertifikatın alınması prosesinin elektronlaşdırılması barədə məlumat verilib. Qeyd edilib ki, e-sertifikatın alınması təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübut hesab ediləcək. Podratçı və subpocratçı şirkətlər tərəfindən sertifikatın alınması prosesinin elektronlaşdırılması vergi ödəyicilərinin vaxt və inzibati xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirəcək, sertifikatın verilməsi prosesinin sürətləndirilməsi, uçotun asanlıqla təşkil edilməsi, kağız dövriyyəsinin həcminin azaldılması və ƏDV bəyannaməsinin sadələşməsinə imkan verəcək.
Tədbirdə mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 2 gün sonra
-
- 1 gün sonra
-
14 d. əvvəl
"Qeyri-neft-qaz gəlirlərində artım neft-qaz gəlirlərində artımı üstələyib"
-
18 d. əvvəl
Birbank-dan onlayn nağd kredit alan hər 100-cü müştəriyə 100 bonus hədiyyə
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şəmkirdə dəmir zavodu tikiləcək - İlkin müzakirələr aparılıb
-
2 saat əvvəl
Azərbaycan şirkəti yeni qızıl sikkə kolleksiyasını təqdim edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Mələk İnvestorlar Məktəbi”nin növbəti buraxılışı uğurla başa çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb
Şəmkirdə dəmir zavodu tikiləcək - İlkin müzakirələr aparılıb
Azərbaycan şirkəti yeni qızıl sikkə kolleksiyasını təqdim edib
Ən çox oxunanlar
m10-nu idarə edən şirkətə əlavə maya qoyulub
“Mələk İnvestorlar Məktəbi”nin növbəti buraxılışı uğurla başa çatıb
Rəsmi məzənnələr açıqlandı
Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri barədə ilkin məlumatlar
Dünyanın ən böyük gəmiçilik şirkəti Azərbaycanda ofisini açıb
Noyabrın 12-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
















.jpg)

