Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Saudi Aramco: Bazardakı vəziyyət neft-qaz layihələrinə investisiyaları saxlamağı tələb edir

AzVak-mobil_resmin_ustu_31
Saudi Aramco: Bazardakı vəziyyət neft-qaz layihələrinə investisiyaları saxlamağı tələb edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Enerji bazarındakı vəziyyət dünya ictimaiyyətindən "yaşıl" enerji mənbələrinə keçid planlarına yenidən baxmağı və neft-qaz layihələrinə investisiyaları saxlamağı tələb edir.

Marja.az xəbər verir ki, by barədə bazar ertəsi Financial Times qəzetinin saytında dərc olunmuş müsahibəsində Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun rəhbəri Amin Nasser bildirib.

Davosda Ümumdünya İqtisadi Forumunda iştirak edən Nasser nəşrə bildirib ki, hazırkı böhran bizə dünyada [neft və qaz hasilatında] kifayət qədər ehtiyat gücün olmadığını göstərir.

"Qlobal neft tələbi gündə 100 milyon bareldən aşağı düşməyəcək", deyən Nasser və nəqliyyat axınının COVID-19 pandemiyasından sonra bərpa olunması ilə yaxın müddətdə 105 milyon barelə yüksələ biləcəyini söyləyib.

“İnvestisiya olmadıqda, 100 milyon barrellik tələb, sistemi gözlənilməz pisləşmələrə qarşı çox həssas olur” deyən o, qiymət sabitliyini təmin etmək üçün neft və qaz sənayesinə sərmayənin lazım olduğunu təkrarlayıb.

Dünyanın ən böyük neft şirkətinin rəhbəri əlavə edib ki, Səudiyyə Ərəbistanı tələbatı ödəmək üçün hasilatı 30 gün ərzində sutkada 10,2 milyon bareldən maksimum mümkün 12 milyon barelə çatdıra bilər. Nasser Rusiyada hasilatın səviyyəsinin sutkada 8 milyon bareldən aşağı düşməyəcəyini gözləyir, çünki bu həcmlər qiymət endirimləri hesabına alınacaq.  

24.05.2022 08:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19