BirKart-ın bəzi şərtlərinə dəyişikliklər edildi
BirKart-da nağdlaşma və köçürmələr komissiyasız oldu!BirKart-ın bəzi şərtlərinə dəyişikliklər tətbiq edilib.
Kapital Bankın yaydığı məlumatda bildirilir ki, BirKart debet kartlarında nağdlaşdırma və köçürmə komissiyası 0%-ə endirilib, taksit kartları üzrə güzəşt müddəti isə 40 gündən 60 günədək artırılıb.
"Hazırda ölkə üzrə taksit kart payının 60%-i BirKart-ın üzərinə düşür və yeni şərtlər kartı müştərilər üçün daha sərfəli edəcək",- məlumatda deyilir.
Qeyd edilib ki,artıq BirKart debet kartı sahibləri Azərbaycanda sayı 1000-dən çox olan Kapital Bank bankomatlarında vəsaiti komissiyasız nağdlaşdıra bilərlər. Üstəlik həmin kartların istifadəçiləri ölkədaxili istənilən bank kartına köçürmə zamanı komissiya haqqı ödəməyəcəklər. Hər iki yenilik ay ərzində həyata keçirilən 4000 AZN məbləğədək olan əməliyyatlara şamil edilir.
Daha bir yenilik isə BirKart taksit kartı sahibləri üçün nəzərdə tutulub. Belə ki, BirKart taksit kartlarından istifadə edənlər indi 40 günədək deyil, 60 günədək güzəşt müddətindən faydalana biləcəklər.
Qeyd edək ki, BirKart-ın 4 növü var: Taksit, Cashback, Miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 60 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
30 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
31 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
52 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
57 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)










.jpg)








