Birjalarda son vəziyyət - 13.06.2022
Avro 1.03 dollaradək düşə, Dollar isə 18 lirəyədək yüksələ bilər.EUR.
Amerikada inflyasiyanın son 41 ilin maksimumlarına yüksəlməsi fonunda FED-in daha sərt monetar siyasət xətti izləyəcəyi yönündəki ehtimalların artması EURUSD məzənnəsinin kəskin ucuzlaşmasına səbəb olmaqdadır.
Təhlillərə əsasən, cütlüyün qiyməti 1.05$-ın altında qaldıqca eniş tendensiyası 1.03$-a kimi davam edə bilər.
GBP.
GBPUSD məzənnəsində də eniş tendensiyası müşahidə olunur. Əgər 1.23$-ı altında qalsa, funt sterlinq 1.21$-ə qədər ucuzlaşa bilər.
Bununla yanaşı, İngiltərədə ÜDM göstəriciləri, İngiltərə mərkəzi bankının toplantısı və faiz qərarı investorların diqqət mərkəzində olacaqdır. Həmçinin çərşənbə axşamı baş tutacaq FED toplantısı və qəbul olunacaq faiz qərarı da maraqla gözlənilir.
TRY.
1$-ın 17TL-yə qədər bahalaşmasından sonra USDTRY məzənnəsində qiymətin 18TL hədlərinə qədər yüksələcəyi proqnozlaşdırılır.
OIL.
Ötən həftənin son ticarət günündə 121$-a kimi ucuzlaşsa da, neftdə artım trendinin qorunduğu ehtimal olunur.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında qızıl etibarlı liman rolunu uğurla davam etdirir. 1865$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1890$-a (60.77$/qram) kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər














.jpg)




