Ekoloji avtomobillər və gələcəyə baxış
Beynəlxalq Avtoidman Federasiyası (FİA) prezidenti Mohammed Ben Sulayem Azərbaycan məktəblilərinə diplomlar təqdim edib.
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə Azərbaycan avtomobil dilelrləri assosiasiyasının (AADA) elan etdiyi «Gələcəyin ekoloji avtomobili» rəsm müsabiqəsinə Heydər Əliyev Mərkəzində yekun vurulub. Məktəblilər arasında təşkil olunmuş «onlayn» müsabiqə AADA-nın «Yaşıl ölkə» layihəsinin tərkib hissəsidir.
AADA-nın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu layihə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Priorotetlər" adlı sərəncamının 5-ci bəndinə, "Təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" müddəasına əsasən işçi qrupunun təklif etdiyi tədbirlər çərçivəsində həyata keçirilir.
"Belə ki, layihəyə 10 May tarixində Bakı-Mingəçevir marşrutu ilə ölkədə ilk ekoloji avtomobillərin yürüşü ilə start verildi. Ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək istiqamətində növbəti tədbir rəsm və dizayn müsabiqəsi oldu. Məktəblilərə tapşırıq verildi ki, gələcəyin avtomobilini təsvir etsinlər, elə bir avtomobili ki, ətraf mühitə heç bir ziyan vurmur, təbiətlə tam harmoniya şəraitində işləyir. Müsabiqəyə qatılmaq üçün öz əl işini İnstagram-da AADA-nın rəsmi səhifəsini işarələməklə dərc etmək yetərli idi. Müsabiqənin şərtlərinə uyğun göndərilmiş 50-yə yaxın rəsmləri hazırda ölkədən xaricdə çalışan məşhur avto-dizayner Samir Sadıxovun «onlayn»başçılıq etdiyi münsiflər heyəti qiymətlərndirdi. Nəticədə 3 əsas və 3 həvəsləndirici mükafatların sahibləri müəyyən oldu: 1-ci yerə Əli Mürsəlov, 2-ci yerə Nuru Nuran, 3-cü yerə Xanım Əsədova layiq görüldü. Daha üç məktəbli - Afşin Sadıqzadə, Gülay Məmmədova və Xəyal Agu həvəsləndirici mükafatlar aldılar.
Heydər Əliyev Mərkəzinə dəvət edilmiş qaliblər üçün ilk növbədə burada fəaliyyət göstərən Klassik avtomobillər sərgisinə tur təşkil olundu. Məktəblilərə burada sərgilənən 100-ə yaxın unikal və tarixi avtomobillər barədə məlumat verildi. Ekskursiyadan sonra Formula-1 üzrə Azərbaycan qran-prisi münasibətilə ölkəmizdə səfərdə olan FİA prezidenti Mohammed Ben Sulayem və AAF prezidenti Anar Ələkbərov ilə görüş baş tutdu. AADA sədri Natiq Zərbəliyev onlara müsabiqə və qaliblər barədə məlumat verdikdən sonra, məktəbli uşaqlara diplom və pul mükafatları təqdim olundu",- məlumatda bildirilir.
AADA sədri N.Zərbəliyevin verdiyi məlumata görə «Yaşıl ölkə» layihəsi çərçivəsində tezliklə daha bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn İyul ayında Qəbələdə gerçəkləşəcək ənənəvi «Caucasus Motor-Show 2022» sərgisi çərşivəsində ekoloji avtomobillər mövzusunda AADA-nın konfransı planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
-
11 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
13 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
13 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
14 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)







.jpg)






