62 milyon manatlıq aqroparkda 100 nəfər işlə təmin edilib
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən aqroparklara mediatur təşkil edilib. İlk olaraq media mənsubları “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkda görülmüş işlərlə tanış olublar.
Məlumat verilib ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Ərazidə taxıl, şəkər çuğunduru, dən qarğıdalısı və soya əkilib.
İnvestisiya dəyəri 13,4 milyon manat olan aqroparkda daimi olaraq 71, mövsümi 30 nəfər insan işlə təmin edilib. Aqroparkda hazırda taxıl yığımı davam edir.
Sonra KİV nümayəndələri “Şəmkir Aqropark”da olublar. Bildirilib ki, investisiya dəyəri 62 milyon manatdan çox olan aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İntensiv bağçılıq, çeşidləmə, qablaşdırma və logistika sahələri olan aqroparkda meyvə ağacları (gilas, ərik, gavalı, heyva və s.) əkilib. Hazırda aqroparkda meyvə yığımı davam edir.
559 hektar ərazidə yerləşən “Şəmkir Aqropark”da tutumu 24 min ton olan 64 ədəd soyuducu saxlama kamerası quraşdırılıb. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal fəaliyyət göstərir.
Aqroparkda 100 nəfər işlə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
6 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)






.jpg)




