Coca-Cola-nın musiqili kampaniyası davam edir - FOTOLAR
(®) Milyonlarla insanın sevimli sərinləşdirici içki markası olan Coca-Cola 17 iyun - 26 avqust tarixləri arasında təşkil etdiyi Musiqi lotereya davam edir. Artıq 2 tiraj geridə qalıb və qaliblər öz dəyərli hədiyyələrini qazanıblar.
Lotoreyada iştirak edib bir birindən dəyərli hədiyyələr qazanmaq üçün 0.5 L ölçülü qızılı qapaqlı Coca-Cola Classic, Coca-Cola Sıfır Şəkər, Coca-Cola Sıfır Şəkər Limon Və Laym, Fanta Portağal, Fanta Ekzotik, Fanta Düşes, Sprite məhsullarının altındakı xüsusi promo kod ilə qeydiyyatdan keçmək kifayətdir.
Qızılı qapağın altındakı unikal kodu 3 vasitə ilə qeydiyyatdan keçirmək olar:
• “7676” nömrəsinə kodu SMS vasitəsilə göndərmək ilə
• “music.coca-cola.az” internet saytı vasitəsilə qeydiyyatdan keçmək ilə
• +994 50 444 76 76 nömrəsinə kodu whatsapp vasitəsi ilə göndərmək ilə
Lotereya 10 həftə ərzində hər cümə günü keçirilir və qaliblər Gənclik Mall-un 1-ci mərtəbəsində xüsusi lotereya mərkəzində elan olunur. Qaliblərə bu barədə SMS bildirişi də göndərilir.
Kampaniyanın növbəti tirajında qalibləri elan edərkən "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə supervayzeri Aytən Məmmədova bildirib ki, kampaniyada musiqi həvəskarlarının musiqi dinləməsi üçün müxtəlif dəyərli hədiyyələr, o cümlədən, Apple iPhone 13 smartfonu hədiyyə edilir: “Bugünkü qalibləri Coca-Cola adından təbrik edirəm. Kampaniyada iştirak edən hər kəsə və istehlakçılarımıza əyləncəli və musiqi ilə dolu yay istirahəti arzu edirəm”.
Kampaniya müddətində Bakının müxtəlif yerlərində Coca-Cola şirkəti musiqi konsepti ilə müxtəlif əyləncəli tədbirlər də təşkil edəcək.
Hər tirajda Coca-Cola sevərlər 200 ədəd Brendinqli Səs Gücləndiricisi, 100 ədəd Brendinqli Çanta, 10 ədəd Brendinqli Karaoke Seti, 10 ədəd Apple Airpods 3, 5 ədəd Apple Iphone 13 128gb qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, dünyanın ən nüfuzlu şirkətlərindən olan Coca-Cola Azərbaycanda 1994-cü ildən etibarən fəaliyyət göstərir. Coca-Cola məhsullarının Azərbaycanda istehsalçısı Türkiyənin Coca-Cola İçecek şirkəti tərəfindən təsis edilən "Azerbaijan Coca-Cola Bottlers" MMC-dir. Ölkənin qeyri-neft sektorunun ilk və ən böyük investorlarından olan Coca-Cola İçecek 1996-cı ildə Sulutəpə qəsəbəsində istehsal zavodunu qurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















