"Trampın iqtisadi siyasəti nəticəsiz qalacaq, FED faiz azaldacaq"
İki həftə öncə uçot dərəcəsini artıran Federal Ehtiyat Sistemi (FED) yaxın zamanda faiz dərəcəsini endirə bilərBunu "The James Rickards Project"in təsisçisi və baş icraçı direktoru Cim Rikards (Jim Rickards) CNBC telekanalına bildirib.
C. Rikards qeyd edib ki, yeni seçilmiş prezident Donald Trampın iqtisadi canlandırma proqramı nəticəsiz qalacaq. "Bu isə FED-in siyasətini alt-üst edə bilər. Nəticədə bazarda, o cümlədən dolların məzənnəsində korreksiyanın vacibliyi zərurəti yaranacaq. Ya ressesiyaya doğru getməlisiniz, ya da siyasətinizi tənzimləməlisiniz", - deyə ekspert izah edib.
Qeyd edək ki, dekabrın 14-də ikigünlük iclasın ardından FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) uçot dərəcəsini 0,25% artıraraq 0,5-0,75%-ə çatdırıb.
Bunun ardınca FOMC bəyan edib ki, 2017-ci ildə uçot dərəcəsi üç dəfə artırıla bilər. Sentyabr ayında isə bildirilirdi ki, gələn il uçot dərəcəsi iki dəfə artırılacaq.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
45 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
























