Yeni dövr; Əvvəl yoxla, sonra ödə
ABŞ-ın e-ticarət nəhəngi Amazon, "Prima Wardrobe" adı ilə istifadəçilərin əvvəl geyim məhsullarını evlərində geyinib yoxlaya biləcəkləri, sonra istədikləri halda pulunu ödəyəcəkləri yeni bir xidməti istifadəyə verməyə hazırlaşır. Artıq xidmətin sınaqlarına başlanıb.
"Marja" Amazon-dan verilən məlumata istinadən xəbər verir ki, istifadəçilər internet üzərindən geyim, ayaqqabı və aksessuar kateqoriyalarından istədikləri ən az üç məhsulu seçə biləcəklər.
Məhsulların karqo ilə təhvilindən sonra istifadəçilərə məhsulları sınamaq üçün 7 gün vaxt veriləcək. İstifadəçilər xoşlamadıqları məhsulları ekstradisiya edə (geri qaytara) biləcəklər, sadəcə, bəyəndikləri məhsulların pulunu ödəyəcəklər. Beləliklə, insanların geyim məhsullarını satın almadan əvvəl yoxlamaları təmin olunacaq.
Qadın, kişi, uşaq və körpələr üçün 100 milyondan artıq məhsul bu xidmət çərçivəsində olacaq. Calvin Klein, Hugo Boss, Lacoste, Adidas və Levi's kimi dünyaca məşhur markaların məhsullarından da seçim edilə bilinəcək.
İstifadəçilər sifarişlərində məhsulların 3 və ya 4-ünü əllərində saxlamaları halında 10 faiz, 5 və ya daha çox məhsulu bəyənmələri halında isə 20 faiz güzəşt qazanacaq.
Şirkətin tezliklə başlayacağı bu xidmətdən Amazon Prima üzvləri pulsuz istifadə edəcəklər.
Mütəxəssislər, Amazon-un ötən həftə ölkənin ən böyük ərzaq pərakəndə şəbəkələrindən biri olan "Whole Foods"u 13,7 milyard dollara satın alma müqaviləsinə işarə edərək, e-ticarət nəhənginin indi də geyim sektorundakı payını artırmağı hədəf seçdiyini bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




