Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların elektron xidmətlərini bir sistem üzərindən əldə etmək məqsədilə “AzInTelecom” MMC tərəfindən yaradılan Vahid Elektron Xidmətlər Portalına (https://portal.rinn.az/az) daha 3 yeni xidmət inteqrasiya olunub.
Yeni təqdim olunanlar “Telefon üzrə ətraflı məlumat”, “Elektron sifarişlər barədə məlumat” və “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətləridir.
“Telefon üzrə ətraflı məlumat” xidməti çərçivəsində vətəndaşların adına olan stasionar telefon nömrəsi və həmin nömrə üzrə ünvan, qovşaq, müqavilə tarixi, qoşulduğu servis xidmətləri və borc məlumatları təqdim edilir.
“Elektron sifarişlər üzrə məlumat” xidməti vasitəsilə müvafiq xidmətlər üzrə ünvanlanmış elektron sifarişlərin icra vəziyyəti və əməliyyatın növü haqda məlumat almaq mümkündür.
İstifadəçilər “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” xidmətindən faydalanaraq yalnız öz adına olan stasionar telefon nömrəsi üzrə ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat əldə edə bilərlər. Təqdim edilən məlumatlarda danışıqların tarixi və saatı, müddəti, həmçinin danışıq aparılan nömrə və ödəniş məbləği öz əksini tapır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. Ümumilikdə 12 xidmət portala inteqrasiya edilib, digər 45 xidmətin yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulub.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Qeyd edək ki, portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
Həmçinin portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
- 15 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
