Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib
Milli İxrac Strategiyasının layihəsi hökumətə təqdim edilib.
Bunu açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin sədri (AZPROMO) Yusif Abdullayev deyib.
O bildirib ki, yaxın vaxtlarda layihənin təsdiqi gözlənilir.
"Strategiyada yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. İxracın coğrafiyasının genişləndirilməsi bizim üçün ən önəmli məsələlərdən biridir. Həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının ixracının genişləndirilməsi strategiyada prioritetdir. Xidmət ixracı da strategiyada yer alıb. Hədəflərimiz qeyri-neft ixracını 2026-cı ildə 5 milyard ABŞ dollarına çatdırmaqdır",- AZPROMO rəhbəri əlavə edib.
Azərbaycanda "EXİM Bank" alətləri yaradıla bilər
Azərbaycanda ixraca maliyyə dəstək alətləri tətbiq ediləcək. Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
O bildirib ki, hazırda üzərində işlənilən məsələlərdən biri də maliyyə dəstək alətlərinin tətbiq edilməsidir:” “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” alt bənd kimi bizim Milli İxrac strategiyasl bu il təsdiq olunması gündəmdədir. Bu strategiyada ixracatçılara maliyyə dəstək alətləri də öz əksini tapıb. Yəni, ixracatçılarımızın məhsullarının xaricə satışı zamanı onlara maliyyə alətləri ilə dəstək tətbiq ediləcək”.
Yusif Abdullayev deyib ki, Azərbaycanın ixracatını, ixrac məhsullarını, eyni zamanda bu sahədə xidmətləri yeni mərhələyə daşıyacaq.
O qeyd edib ki, ilkin mərhələ olaraq məhsul xarici ölkəyə ixrac edilən zaman onunla bağlı risklərin alınması, sığortalanması, eyni zamanda maliyyə dəstək aləti olaraq kreditləşmənin tətbiqi nəzərdə tutulub: “Əgər bu mərhələ uğurlu keçsə, növbəti illərdə hökumətin qarşısında artıq bütün dünyada tətbiq edilən bank formasında idxal-ixrac əməliyyatları üzrə eximbankın yaradılmasını qaldıra bilərik. Amma hələlik bu tezdir. Hazırda sadəcə bu istiqamətdə maliyyə alətlərinin tətbiqini istəyirik”.
AZPROMO rəhbəri hesab edir ki, maliyyə dəstək alətlərinin tətbiqi İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlardan birinə həvalə edilə bilər:
“Bu qurum hələlik müəyyənləşdirilməyib. Bu yeni yaradılmış ABİF, AzPROMO və ya KOBİA da ola bilər”.
Yusif Abdullayev əlavə edib ki, “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı fərmanda çox geniş dəstək mexanizmləri olsa da, maliyyə dəstək alətləri nəzərə alınmamışdı. “Yenilik tətbiq edildikdən sonra bütün spektir ixracatçılarımıza təşviq alət və mexanizmlərimizi tətbiq edəcəyik”, -deyə AZPROMO rəhbəri əlavə edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 55 d. əvvəl
-
-
1 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
1 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
2 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
3 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
























