OPEC, neft qiymətlərinin dibə vurmasını istəmirsə...
Enerji sektorunda məsləhət şirkəti FGE-dən Fereidun Fesharaki-yə görə, OPEC, neft qiymətlərinin dibə vurmasını istəmirsə, dünyanın ən böyük xam neft istehsalçısı Səudiyyə Ərəbistanının liderliyində istehsalı daha da azaltmalıdır.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Fesharaki-yə görə, neft qiymətlərini yenidən 50 dollar səviyyələrinə qaldırmaq üçün OPEC gündəlik neft hasilatını daha 700 min barel də endirməlidir. Bu, OPEC ölkələrinin Yanvar ayında razılaşdıqları gündəlik 1.2 milyon barellik endirimdən sonrakı ikinci endirim olacaq. Neft hasilatının daha da azaldılmaması halında qiymətlər 40 dollardan aşağı düşə bilər.
İranın neft naziri istehsalı azaltmaq üçün digər ölkələrlə danışmağa başladıqlarını açıqlayıb. İran xaricində qiymətlərə böyük ölçüdə təsir edə biləcək yeganə ölkə Səudiyyə Ərəbistanıdır. Səudiyyənin də istehsal məhdudlaşdırmasına getməsi olduqca mümkündür. 2014-cü ilin Noyabr ayında gündəlik 9.4 milyon barel neft hasil edən Səudiyyə Ərəbistanı, bazarla yarışmaq üçün istehsalı daha da artıraraq May ayında gündəlik 9.9 milyon barrelə yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
18 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
18 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
-
19 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























