ABŞ-da benzinin qiyməti 4 dollardan aşağı düşüb
ABŞ-da benzinin orta pərakəndə satış qiyməti bir qallon üçün (təxminən 3,8 litr) 4 dollardan aşağı düşüb. Beləliklə, qiymətlər mart ayından bəri ən aşağı səviyyəyə geriləyib.ABŞ-da benzinin orta qiyməti 3,99 dollara düşüb.
Marja xəbər verir ki, bu, mart ayından bəri ən aşağı səviyyədir. Təxminən 2 aya yaxındır ki, yanacağın qiymətləri enmə tendensiyasındadır.
Neftin qiymətinin aşağı düşməsi və tələbin nisbətən zəif olması qiymətlərin aşağı düşməsinə səbəb olub.
Bildirilib ki, yanacaq sərfiyyatı pandemiyanın başladığı 2020-ci ilin yayına nisbətən daha az olub.
ABŞ-da dünən açıqlanan məlumatlar iyul ayında inflyasiyanın 8,5 faizə düşdüyünü göstərib. Benzinin qiymətləri də inflyasiyanın 9 faizə yüksəldiyi iyun ayında rekord səviyyəyə qalxmışdı.
Qiymətlərin enməsinin əsas səbəbi neftin qiymətinin geriləməsi olub. Neft iqtisadi böhran narahatlıqları ilə əlaqədar olaraq ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















