Dövlət Neft Fondunun xalis mənfəəti 3,5 dəfə azalıb
Dövlət Neft Fondu (ARDNF) 2021-ci ili 1 milyard 556 milyon 203 min manat xalis mənfəətlə başa vurub.
Fondun maliyyə hesabatına görə, bu, 2020-cu illə müqayisədə 3,45 dəfə azdır.
Bununla belə, qurumun bölüşdürülməmiş mənfəəti 3,9 % artaraq 41 milyard 825 milyon 204 min manata çatıb.
Ötən il ARDNF-in əməliyyat gəlirləri 1 milyard 568 milyon 110 min manat (əvvəlki ilə nisbətən 3,4 dəfə az), əməliyyat xərcləri 74 milyon 192 min manat (15,2 % az), birgə müəssisələrin vergidən sonrakı maliyyə nəticələrində pay hesabına gəlirləri 66 milyon 780 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 4 milyon 396 min manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 76 milyard 917 milyon 411 min manat olub ki, bu da, illik müqayisədə 3,4 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 8,9% azalaraq 584 milyon 978 min manata, balans kapitalı isə 3,5% artaraq 76 milyard 332 milyon 433 min manata çatıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
1 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
2 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























