Azərbaycanda 14 BOKT-un kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından 25-nin bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə çox olub.
Bunlar “Optimal Finance”, “Regional”, “TCF”, “Falcon Finance”, “MJ Financial Services”, “City Finance”, “Kredex”, “PSG Finans”, “FİNKA Azərbaycan”, “MCB”, “İnkişaf üçün maliyyə”, “Avrasiya-Kredit”, “International”, “İdeal Kredit”, “Kəpəz”, “Azərbaycan Mikro-Kredit”, “Finoko”, “Merkuri”, “Viza Kredit”, “M Bulak”, “Aqrarkredit”, “Embafinans”, “Premier Kredit”, “Viator Mikrokredit Azərbaycan” və “Qafqaz-Kredit” BOKT-lardır. Ən yüksək dinamika “Optimal Finance”da (9 dəfə), ən aşağı dinamika isə “Qafqaz-Kredit”də (1,2%) qeydə alınıb.
14 BOKT-un – “Premier Kredit”, “İDK”, “Aqrarkredit”, “Kredit Servis”, “Viator Mikrokredit Azərbaycan”, “İcraçı Kredit Agentliyi”, “Qafqaz-Kredit”, “Asel Kredit”, “Azinvestkredit”, “İnkişaf üçün maliyyə”, “Para”, “Kredaqro”, “Finex Kredit”, “Effektinvest” və “Union Kredit”in kredit portfeli azalıb. Ən çox azalma “Union Kredit”də (67%), ən az azalma isə “Premier Kredit”də (0,3%) qeydə alınıb.
1 BOKT-un - “Aset Maliyyə Texnologiyaları”nın kredit portfeli formalaşmayıb.
2 BOKT-un - “Azkredit” və “Prior Credit” BOKT-ların kredit portfeli ötən il formalaşıb.
1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 9 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” kredit portfelinin dinamikasını açıqlamayıb.
5 BOKT-un kredit portfeli 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə kredit portfeli 20 milyon manatdan çox olub.
Bunlar “Aqrarkredit” (83 milyon 958 min manat), “FİNKA Azərbaycan” (29 milyon 65 min manat), “Embafinans” (26 milyon 2 min manat), “Finoko” (23 milyon 96 min manat) və “Para” (22 milyon 999 min manat) BOKT-lardır.
Qalan 51 BOKT-dan 7-nin kredit portfeli 10-20 milyon manat arasında, 21 BOKT-un kredit portfeli 1-10 milyon manat arasında, 12 BOKT-un kredit portfeli isə 1 milyon manatdan azdır.
1 BOKT – “SF Azerbaijan” bazara bu il daxil olub, 10 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Caspian Invest”, “Finans İnvest”, “Finkapital”, “Fintrend”, “FNC”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” kredit portfelinin məbləğini açıqlamayıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Renkinq”
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
1 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























