Amerikalılar "Nestle"nin ən böyük səhmdarından biri oldular
İsveçrənin qida nəhəngi "Nestle"nin səhmlərinin bir hissəsi, amerikalı məşhur investor Daniel Loebin sahibi olduğu 18 milyard dollarlıq investisiya fondu "Third Point" tərəfindən satın alınıb.
Beləliklə amerikalılar, "Nestle"nin ən böyük 8-ci səhmdarı olublar.
"Marja" xəbər verir ki, təxminən 3.5 milyard dollar məbləğində səhm alışı, "Nestle"nin ümumi səhmlərində yalnız 1%-dən bir az artıq bir nisbətə uyğun gəlsə də, bu proses bir özəl fond tərəfindən həyata keçirilən ən böyük alış olaraq qeydə alınıb. Əvvəlki rekordlar ötən illərdə Yahoo və Yapon nəhəngi Sony-ə aid idi.
Digər bir xəbərə görə, İsveçrənin "Nestle" şirkətinin Fransanın kosmetik məhsulları istehsalçısı "L'Oreal"dəki 23 faiz səhmini geri satmağı planlaşdırır.
Qeyd edək ki, Nestle, 2014-ci ildə təxminən 8 faiz səhmləri 6.5 milyard avro qarşılığında Fransa şirkətinə geri satmış və L'Oreal-ın idarə heyətində nümayəndə sayı bir nəfər düşərək 2-yə enmişdi. Bundan əvvəl "Nestle"nin ABŞ-dakı şirniyyat şirkətini 900 milyon dollara satacağı da bildirilmişdi.
"Nestle" rəsmiləri məsələ ilə bağlı hər hansı bir açıqlama verməyiblər. Şirkətin yeni bazar tapmaqda çətinlik çəkdiyi və inkişaf etməkdə olan bazarlarda da qiymətləri endirdiyi bilinir.
Daniel Loeb, dünyanın ən iri qida istehsalçısı "Nestle"dən mənfəət marjasını artırmasını, əsl işi olmayan şirkətlərdəki paylarını satacağını gözləyir. "Third Point"ın, fondun investorlarına yazdığı məktubda "Nestle"dən mövqeyilə bağlı bir sıra məlumatlar istədiyini, L'Oreal ilə olan əlaqəsinin müzakirə edildiyini qeyd edib.
Almaniyanın səhiyyə sisteminin önəmli oyunçularından "Fresenius"dan "Nestle"yə transfer edilən sirkən yeni rəhbəri Mark Schneider da bu istiqamətdə, yanvar ayından bu yana böyümə addımları üçün şirkəti yenidən formalaşdırmağa çalışır.
"Third Point" tərəfindən yazılan məktubda da buna diqqət çəkilərək; "Uğurlu olmaq üçün, şirkətin uzun zamandır gözləniləni verməyən əvvəlki rəhbərliyinin əksinə, Scheniderın qərarlı və cəsarətli fəaliyyət planı açıqlaması lazımdır" deyilir. Bundan başqa, "Nestle"nin mənfəət marjasının 18-20 faiz arasında saxlaya bilməsinin vacibliyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




